Burun çəpəri əyriliyi ümumilikdə tənəffüs sistemi və beyin üçün zərərlidir.
“Medicina” xəbər verir ki, həkim cərrah Cavid İsmayılov bu əməliyyat üçün yaş həddi barədə məlumat verib.
“ Mütləq deyil ki, 18 yaş üzəri əməliyyat icra olunsun. 10, 12, 15 yaşda əgər burunda çəpər əyriliyi ilə bağlı ciddi problem varsa, mütləq əməliyyat oluna bilər. Əsas da tənəffüsə ciddi maneə törədirsə əməliyyat icra edilməlidir.
Nəzərə alsaq ki, burunla nəfəs almamaq geri dönüşü olmayan problemlər törədə bilər. Bu problemlər ciyərdə, ürəkdə, eşitmə qabiliyyətində, üst- çənə skletinin formalaşmasında təsir edir.
Çəpər əyriliyi olan bu tip uşaqlar inkşaf dövründə qüsurlarla rastlaşır. Sonra sağlamlıq üçün geri dönüş olmur. Ona görə də 18 yaşı gözləməyə gərək yoxdur. Əgər burunda şəpər əyriliyi varsa, yaş həddi nəzərə alınmadan əməliyyatı edilə bilər” – deyə bildirib.
Günay