Ölkəmizdə burun estetik əməliyyatlarına üz tutanların sayı durmadan artır.
Amma digər tərəfdən əməliyyata gedə bilməyənlər müxtəlif iynə, gel, dolğu ilə burnunu kiçildir, forma verir. Bəs bu metodlar nə dərəcədə təhlükəlidir.
“Medicina”xəbər verir ki, BTV-də Respublika Diaqnostika Mərkəzinin LOR cərrahı Elxan Zərgərov bu barədə danışıb.
“Buruna hər hansı gel və iynə proseduru ilə müdaxilə etmək düzgün deyil.
Əgər dolğu damara düşərsə, o zaman burunda çürümə, nekroz ola bilər.
Dolğunu da həkim göstərişi ilə həkim etməlidir.
Dolğunu biz cərrahlar sevmirik. Məsləhət deyil. 1 % xəstə ola bilər ki, təkrari əməliyyata getməsin deyə, tövsiyə edirik. Buruna dolğu korluğa qədər gətirib çıxara bilər”.
Ətraflı BTV HəkimPostunda