Qış aylarının ən böyük dərdlərindən biri də qrip və soyuqdəymədən yaranan burun tutulmasıdır.Burun tutulması sadə bir problem kimi görünsə də, nəfəs almanıza təsir etdiyindən baş ağrısı və halsızlıq yaradır.
Medicina.az xəbər verir ki, burun tutlmasının əlamətlərini hiss edirsinizsə onun təbii yolla dəf edə bilərsiniz. Bunun üçün sizə burun tutlması zamanı təsiredici qüvvəsi olan bir neçə üsuldan söz açırıq.
-Yarım stəkan suya çay qaşığının dörddə bir hissəsi qədər duz və karbonat qatıb qarışdırın. Suyun təmiz və qaynadılmış olmasına diqqət yetirin. Burunun bir deşiyini bağlayın, hazırladığınız maddəni o biri burun deşiyinizə tökün.Hazırlanmış maddə burun tutulmasının qarşısını alır və çox təsirlidir.
-Soğanı nazik halqalara doğrayıb, üstünə suyu əlavə edib 15 dəqiqə qaynadın. Sona götürüb 5 dəqiqə soyumasını gözləyin. Su soyuyana yaxın içinə bal və limon şirəsini əlavə edin. İçkini sutka ərzində kiçik porsiyalarla qəbul edib.
-Bir qayda olaraq burnunuzu hər gün duzlu su ilə yuyun. Bu prosedura selik əmələgəlməsinin qarşısını alır, həm də qrip və soyuqdəyməyə qarşı effektli profilaktik tədbirdir.
-Daha bir üsul isə dilinizi üst damağa yerləşdirin və itələyin. Barmağınızı iki qaşın arasına qoyub basın. Bu şəkildə 20 saniyə gözləyin. Bu zaman burun boşluqları açılacaq və burnunuz axmağa başlayacaq.
-Pambığa bir neçə damcı nanə və ya evkalipt yağı damcıladın. Nəfəs alıb verin.
Bəs burun tutulmasının səbəbləri nədir?
- Burunda sümük və ya qığırdaq əyriliyi səbəblər sırasındadır. Adətən hansısa qəza sonası bu əyrilik yaranır. Əgər nəfəs darlığı daha da çətinləşərsə cərrahi müdaxilə ola bilər.
- Burunun daxilində konka adlandırılan ətlər var. Bu ətlər burundan keçən havanı soyuqda isitmək, istidə soyuq tutmağa kömək edir. Bu ətlər bəzən böyüyüb, bəzəns kiçilə bilər. Böyüməkləri adətən allegiyadan və ya iltihabi səbəblərlə bağlı ola bilər. Həkim qeyd edib ki, allergiya səbəbindən baş verərsə dərman müalicəsi ilə bunu müalicə etmək mümkündür.
- Soyuqlama zamanı viruslardan burun tutulması baş verə bilər. Virus infeksiyaları səbəbindən paliplər yarana bilər. Bu da öskürək, bronxit və astma xəstəliyinə səbəb ola bilər.