Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Burun tıxanmasını 25 saniyədə aradan qaldıran TƏBİİ ÜSUL - VİDEO

  • 2017.10.12 13:13
  • 22400 Baxış
Burun tıxanmasını 25 saniyədə aradan qaldıran  TƏBİİ ÜSUL - VİDEO
Soyuq havaların gəlişilə qrip və soyuqdəymə kimi xəstəliklər özünü göstərməyə başlayıb. Bu zaman ən çox narahatedici məqamlar burnun tez-tez tıxanması və axmasıdır.


Medicina.az  xəbər verir ki, internetdə 25 saniyədə burun tıxanmasını aradan qaldıran video yayımlanıb.



 

Görüntülər sosial şəbəkələrdə yükləndiyi gündən 8 milyondan çox izlənilib. Videonun özəlliyi ondadır ki, burada heç bir dərman istifadə edilmir.

 

Həmin rahat üsulu təqdm edirik:


1-ci addım


 

Dilinizin ucunu damağınıza toxundurun.


2-ci addım


Orta barmağınızı və işarə barmağınızı birləşdirib qaşın tam ortasına qoyub dairəvi hərəkətlərlə masaj edin. 1-ci və 2-ci addımı növbə ilə 20 saniyə ərzində tətbiq edin.


3-cü addım


Sonda nəfəsinizi saxlayın. Nəfəsi tutmaq beyinə həyat siqnalları göndərərək burun dəliklərini təmizləyir. Burnunuzu tutub başınızı geriyə doğru əyin. Narahatlıq hiss edən barmaqlarınızı çəkin. Bu üsul burun tıxanmasını aradan qaldırır.