Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Burun spreyləri meningitə gətirib çıxara bilər

  • 2025.01.21 12:07
  • 974 Baxış
Burun spreyləri meningitə gətirib     çıxara bilər

Burun tutulması, rinit zamanı az qala hər gün burunaçıcı nazal spreylərdən aşırı istifadə edən xəstələrin meningit olma riski etməyənlərdən daha çoxdur.

“Medicina” xəbər verir ki, otolarinqoloq Anton Rizaev bu barədə xəbərdar edib.


“Burun spreylərində çarəni görənlərdə tıxanma artır və xroniki burun tutulmaya keçir. Burunun selikli qişanın daimi ödemi, şişkinliyi nəticəsində burun içi və ətrafı iltihabi proseslər yaranır: haymorit, sinusit, irin, hətta meningit. Çünki o kanallar baş beyinə yaxındır.

Sprey və damcıların tərkibinə ksilometazllin – adrenalin analoqu daxildir. İnsan bundan sui-istifadə etdikdə böyrəküstü vəzilər təbii adrenalin hasilini azaldır, adrenalin burun qişasının yığılıb açılmasına cavabdehdir. İllərlə damcı istifadə edənlərdə isə buruna adrenalin çatması tamam kəsilir.


Xəstə damcılardan asılı olur, hətta yanında olmasa, yaddan çıxarsa, burun ilə tənəffüs demək olar ki, dayanır.

Xəstələr mütəxəssis və psixoloq nəzarəti altında damcılardan zamanla, yavaş-yavaş imtinaya keçməlidir. Professional həkimlər elə vasitələr seçə bilər ki, təbii tənəffüs əlavə köməksiz vasitəsiz bərpa ola billsin”.


Aygün Musayeva