Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Burun qanaxmasının səbəbləri və müalicəsi

  • 2019.10.23 15:31
  • 8038 Baxış
Burun qanaxmasının səbəbləri və müalicəsi

Cəmiyyətin təxminən %10-u ən az 1 dəfə burun
qanaxması keçirmişdir.Çox adam heç bir klinikaya müraciət etməz.Bir çox burun
qanaxmalarının yüngül qanaxmalar olmasına baxmayaraq, təhlükəli və şiddətli
qanaxmalar da ola bilər.


 


 


 


Medicina.az xəbər verir ki, burun qanaxmasını tibbi olaraq ön və arxa
burun qanaxmaları olaraq iki qrupa ayıra bilərik. Uşaq və yeniyetmələrdə daha
çox ön burun qanaxmaları yaşlı insanlarda damar sərtliyi və ya hipertoniya olan
insanlarda daha çox arxa burun qanaxmaları görülür. Burun qanaxmaları, istər
uşaqda istər yeniyetmədə olsun, olduqca diqqət edilməli bir vəziyyətdir.


 


 


 


Ön burun qanaxmaları: Daha çox uşaq və yeniyetmələrdə görülür.Burun
qanaxmasının çoxu, burunun orta hissəsində olan kapilyar bir damarın
partlamasına görə tək tərəfli olur. Bu bölgədəki damarlar olduqca incə və
səthdə olduqlarından burun təmizlənməsi zamanı, uşaqlarda burun ilə oynama
zamanı nasal travma və hətta kiçik toxunma ilə belə qanaya bilər.


 


 



Arxa burun qanaxmaları: Tez-tez orta və irəli yaşlarda və xüsusən hipertoniya
xəstəliyi olanlarda görülür. Burnumuzun içində arxa üst bölgələrdən qanaxma
olur və şiddəti burunun ön qanaxmalarına görə çoxdur və tez-tez gəniz və
burundan eyni anda qan gəlir.


 


 


 


Qanaxmanı necə ayırd etmək olar?


Ön burun qanaxmaları tez-tez quru iqlimlərdə
və ya qış aylarında quru və isti otaq havası səbəbi ilə burun içini örtən
qoruyucu təbəqənin quruması nəticəsində əmələ gələn qabıqlanma ilə olur. Bunun
qarşısını almaq üçün az miqdarda yumşaldıcı bir krem və ya damlalar burun
içərisi üçün istifadə edilə bilər. Adətən burunun ön hissəsinə (burun
qanadlarına burun deşikləri ilə burun sümüyü arasındakı yumşaq sahə) tətbiq
olunan barmaq təzyiqi ilə dayandırıla bilir.


Qanaxmanın arxadan olub olmadığı
əhəmiyyətlidir. Arxa burun qanaxmaları əsasən yaşlı insanlarda, yüksək təzyiq
xəstələrində və ya burun və üz yaralanmalarında olur. Ağız və boğaza doğru
qanaxma davam edir. Bu bölgənin qanaxmaları daha şiddətli olur və ciddi
yanaşmaq lazımdır. Bu səbəblə, mütləq həkimə müraciət edilməlidir.



 


 


 


Burun qanaxmasının əsas səbəbləri:


 


–Qaşıntıya yol verən allergiya, infeksiya və
ya quruluq vəziyyətlərində burun təmizlənməsi. –Sərt fıxırmaq yaşlı və ya gənc xəstələrdə burun damarlarının partlamasına yol
aça bilər. –Qanaxma laxtalanma pozğunluğu olan insanlar və ya Aspirin və digər dərman
istifadəsi. –Qaraciyər xəstəlikləri, yüksək təzyiq –Burun əyrilikləri –Burun qırılmaları, baş və üz yaralanmaları ciddi hallardır. –Şişlər (olduqca nadir)


Ön burun qanaxmasını dayandırmaq üçün nə
edilməlidir?


Burun qanaxması ilə üzləşdikdə tətbiq
ediləcəkbəzi üsullar vardır:


–Qanaxması olan şəxs sakitləşdirilməyə
çalışılmalıdır. Həyəcanlı və panika halında olanların təzyiqi yüksəlir və qanın
şiddəti arta bilər.


–Baş yüngülcə önə doğru əyilməlidir ki qanın udularaq mədəyə getməsinin qarşısı
alınmalıdır. Qanaxma miqdarı bilinmədiyinə görə mədə bulanması və qusmağa da
yol aça bilər.


–Burunun yumşaq olan hissəsini tamamilə əhatə edəcək şəkildə baş barmaq və
işarə barmaqlarla 5 dəqiqə qədər sıxılmalıdır.


–Dik oturulmalıdır və ya yatmaq lazımdırsa mütləq baş yüksəkdə olacaq şəkildə
yatmalıdır.


Burun qanaxmasının qarşısını almaq üçün nələr edilə bilər?


–Duzlu su tərkibli
spreylərlə burun içi ehtiyatla təmizlənməlidir. –Burun qurcalamaq və fıxırmaq olmaz. –Ağır fəaliyyətlərdən uzaq durulmalıdır və ağırlıq qaldırılmamalıdır. –Olduğunuz yerin havası nəmləndirilməyə çalışılmalıdır. –İsti su ilə vanna edilməlidir, ilıq suya üstünlük verilməlidir. –Aspirin və ya bənzəri dərmanlar qəbul edilməməlidir. –İsti və quru mühitdə olmamaq, mühit temperaturu və rütubəti uyğun şəraitə
gətirilməlidir.


Burun qanaxmasının səbəbləri və müalicəsi