Burun əməliyyatından sonra vəfat edən Nəzrin Mansurovanın atası Aydın Abışzadənin səhhətində problem yaranıb.
"Medicina" xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, o, infarkt keçirib.
Məsələ ilə bağlı saytımıza açıqlama verən Aydın Abışzadə əməliyyat olduğunu deyib.
"Bir neçə gün əvvəl infarkt keçirtdim. İki gün xəstəxanada qaldım. "Anju" etdilər, stent qoydular. Əməliyyat olunmağımı istədilər, amma mən razılıq vermədim. Şükür Allaha, indi vəziyyətim normaldır.
Nəzrinin ölümündən sonra ürəyim dözmədi. Sanki ürəyim partladı".
Xatırladaq ki, yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Nəzrin Aydın qızı Mansurovanın müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılıb.
Əməliyyatı həyata keçirən həkim Sənan Mehdiyev həbs olunub.