Soyuqdəymənin ən geniş yayılmış simptomlarından biri olan burun axması (zökəm) eyni zamanda həm rinit, həm də sinusitlə əlaqəli ola bilər.
Rinosinusit necə yaranır və belə hallarda hansı preparatları məsləhət görmək olar?
Hər il burun və burunətrafı ciblərin selikli qişasının kəskin iltihabı təqribən 10 milyon rusiyalıda diaqnostika olunur. Amerika Sağlamlıq Tədqiqatı milli bürosunun ekspertlərinin dəyərləndirilməsinə əsasən, rinosinusit həkim vizitlərində ən çox rast gəlinən səbəbdir. Bu təəccüblü deyil, axı xəstəlik hər insanın ildə bir neçə dəfə məruz qaldığı adi soyuqdəymə fonunda inkişaf edir.
Viruslar hücum edir...
Tədqiqatların nəticələri kəskin rinosinusitin virus təbiətli olduğunu təsdiqləyir. Respirator infeksiya törədiciləri burun boşluğu və sinusların selikli qişasına təsir edərək epitelin kövşəkliyinin artmasına və kirpikciklərin funksiyalarının pozulmasına səbəb olur. Nəticədə burunətrafı ciblərdə selikli qişa sekretinin durğunluğu və ekssudatın toplanması baş verir; bu da xəstəliyin xarakterik əlamətlərinin yaranmasına səbəb olur:
• burun tənəffüsünün çətinləşməsi
• burundan selikli və ya irinli ifrazatın axması
• öskürək
• baş ağrısı
• burun cibləri nahiyəsində dolqunluq hissi.
Əgər pasient oxşar mənzərəni təsvir edirsə, ona həkimə müraciət etməsini təkidlə tövsiyə etmək lazımdır. Lakin onun vəziyyətini yüngülləşdirmək üçün reseptsiz ala biləciyi bir neçə preparat tövsiyə edə bilərsiniz.
Kompleks təklif
İlk növbədə burnun selikli qişasının ödemini azaltmaq, burun və burunətrafı ciblərin mənfəzinə toplanmış maddələrin axınını yaxşılaşdırmaq vacibdir. Bu məqsədlə yerli damardaraldıcı preparatlar tətbiq olunur. Lakin pasientə izah etmək lazımdır ki, bu preparatları 5-7 gündən çox istifadə etməsin.
Burun boşluğunun natrium-xlorid məhlulu ilə yuyulması da mühüm rol oynayır. Belə ki, natrium-xlor yapışqan burun sekretini durulaşdırmağa və xaric etməyə imkan verir və beləliklə, rahat tənəffüsü bərpa edir. Burun boşluğu və burunətrafı ciblərin aerasiyasını yüngülləşdirən preparatlarla yanaşı, selikli qişaların funksiyalarını dəstəkləmək və epitelial baryeri qorumaqla bərpa mexanizmini aktivləşdirən yerli təbii preparatlar da tövsiyə oluna bilər. Euphorbium compositum preparatı belə xüsusiyyətlərə malik nazal spreydir. Onun təsir mexanizminin əsasında xəstəlik zamanı pozulmuş proseslərə məqsədyönlü təsir etməklə orqanizmin özünütənzimləməsi durur.
Euphorbium compositum preparatının tərkib hissələri immun sistemi aşağıdakı təsirlər hesabına aktivləşdirir:
*yuxarı tənəffüs yolları infeksiyalarının törədicisi olan virusların aktivliyini zəiflədir
*qamma-interferon və immun cavabın başqa komponentlərinin sintezinə müsbət təsir edir
*iltihabi prosesin ağırlıq dərəcəsini azaldır
Euphorbium compositum-un effektivliyi və xoşxassəli təhlükəsizlik profili çoxsaylı klinik tədqiqatlar vasitəsilə təsdiqlənib. Preparatın üstünlükləri - kəsilmə sindromunun, öyrəşmə və başqa preparatlarla qarşılıqlı təsirin olmamasıdır. Bununla yanaşı, preparat 4 yaşdan yuxarı uşaqlara və böyüklərə, həm də uzun müddət təyin oluna bilər.
KRVİ fonunda yaranan rinosinusitlərin təxminən 10-15%-i xroniki formaya keçir.
Kəskin rinosinusit simptomlarının 10 gündən artıq davam etməsi ikincili bakterial infeksiyanın inkişafına dəlalət edə bilər.
Zökəmə qarşı preparat axtarışına dair konsultasiya alqoritmi
Rinosinusitin müalicəsi
1. Ödemin azalması
2. Burnun yaxalanması
3. Virus və iltihabla mübarizə
Bir neçə preparatdan istifadə etməlisiniz. Selik axınını yaxşılaşdırmaq üçün damardaraldıcı təsirli preparatlar və natrium-xlor məhlulu kömək edir. Onlarla yanaşı virus və iltihabəleyhinə təsir göstərən Euphorbium compositum preparatın yerli istifadəsi məqsədəuyğundur.
Bəs,məsələn, bitki yağları kömək edə bilərmi?
Euphorbium compositum bir çox dərman preparatlarından fərqli olaraq ayrıca simptoma, məsələn, zökəmə deyil, orqanizmin özünütənzimləmə xüsusiyyətini bərpa etməklə bütünlükdə xəstəliyə təsir edir.
Mən çox dərman qəbul edirəm, orqanizmi əlavə olaraq yükləmək istəmirəm.
Euphorbium compositum-un tərkibinə təbii komponentlər daxildir. Orqanizm preparatı yaxşı qəbul edir və digər dərmanlarla qarşılıqlı təsirdə olmur.
Preparat asılılıq yaradır?
Xeyr, Euphorbium compositum asılılıq yaratmır, ona görə də onu uzun müddət qəbul etmək olar.
Euphorbium compositum burun damcısı C
Təbiətdən gələn kömək
• Euphorbium compositum burun damcısı C preparatının komponentləri respirator xəstəliklərə səbəb olan viruslara və iltihab mediatorlarına birbaşa təsir edir
• Müxtləlif mənşəli rinitlər və xroniki sinusitlərin simptomlarını yüngülləşdirir
• Uzunmüddətli təyin edə bilmək imkanı verir
• Bütün ailə, o cümlədən 4 yaşdan böyük uşaqlar üçün münasibdir.