Burunun selikli qişasının təmizlənməsi insan doğulandan məsləhət görülən vaxib prosedurdur. Biz isə yaşlandıqca onu unuduruq. Burnun yuyulması dedikdə, onu su ilə yumaq nəzərdə tutulmur. Bu tibbi metodla yuyulmadır.
Medicina.az xəbər verir ki, burnun selikli qişası xüsusi burun spreyi, natri xlor və ya adi az duzlu su ilə həyata keçirilir.
Bu metod sağlam insanlarda burnun müdafiə qabiliyyətinin qorunma, qrip, zökəm viruslarından müdafiə, bakterial infeksiyalarının burun vasitəsilə tənəffüs yollarına düşməməsi üçün vacibdir.
Eləcə də konkret xəstəliklərdə burun dərindən yuyulmalıdır.
Hansı xəstələrə vacibdir:
- Kəskin rinit
- Allergik rinir
- Allergik zökəm, toza, havaya, çiçəyə, heyvanlara allergiya
- Atrofik rinir
- Damardaraldırıcı və hormonal burun damcılarından çox istifadə edənlər
- Burun nəfəsalmasında problemi olanlara
- Frontit, haymorit, sinusit, adenoidit
- Əməliyyatdan öncə, sonra
- Hamilələrdə burun tutulma
- Bakterial infeksion xəstəliklərdə
Metodu: pipetka və ya nazik lüləli çaydandan, ya da xüsusi olaraq burun yumaq üçün satılan tibbi vasitədən istifadə etməklə, dəniz və ya okean suyu adlanan xüsusi burun suyu və ya adi natri xlorla yuyulur. Əvvəl bir dəlik yuyulur, sonra digəri.
Kran suyu ilə burunu yumaq olmaz. Çünki o steril deyil, beyinə infeksiya keçə bilər.