Burun üzün ən diqqət çəkən nöqtəsidir. Bəzən elə olur ki, burunun forması üzün estetik görünüşünü poza bilir. Buna görə də bir çoxları cərrahi əməliyyata girərək burnunun formasını dəyişdirməyə üstünlük verir. Ən çox yayılan problem isə burun ucunun aşağıda olmasıdır.
Lakin müasir tibdə bu problemi əməliyyatsız da aradan qaldırmaq mümkündür.
Medicina.az xəbər verir ki, burun ucunun aşağı olması bəzən gülmə zamanı özünü daha çox büruzə verir və qeyri-estetik bir görüntünün meydana çıxmasına səbəb olur. Bir çoxları hətta bu səbəbdən gülməkdən çəkinir. Bu problemi aradan qaldırmağın ən yaxşı yollarından biri burun ucunun iplə qaldırılmasıdır.
İplə burun estetikası burunun quruluşunda heç bir dəyişiklik etmədən tətbiq edilən ağrısız, sadə və rahat əməliyyatdır. Bu əməliyyatdan sonra bir çox insan burun formasını dəyişməkdən əlavə, daha rahat nəfəs alır. Çünkü burun ucunun aşağı olması nəfəs almağı da çətinləşdirir.
Bu əməliyyat lokal keyitmə ilə həyata keçirilir. Burun içindən açılan kiçik bir kəsikdən burun ucunda yerləşən qığırdaqların ip vasitəsilə dartılması həyata keçirilir. Əməliyyat cəmi 15-20 dəqiqə çəkir. Əməliyyat sonrası qaralma olmadığı kimi eyni zamanda sağalma müddəti də qısa çəkir. Əməliyyatdan sonra heç bir iz qalmır.
Bu əməliyyat ən çox iş adamları üçün daha uyğun hesab olunur. Çünki əməliyyatdan sonra heç bir narahatlıq yaşanmır.
Arzu
Medicina.az
Qiyməti neçiyə
Qiyməti neçiyədir.