Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Burnunda 20 il muncuqla gəzdi, xəbəri olmadı

  • 2021.12.06 17:26
  • 1836 Baxış
Burnunda 20 il muncuqla gəzdi, xəbəri olmadı

Tiktokda məşhurlaşan Xanna burnunda illərdir davam edən iltihabdan əziyyət çəkib.

Medicina.az xəbər verir ki, qız uşaq olanda burnuna muncuq saldığını xatırlayır, amma onun düşdüyünü güman edirdi.


“Bilirsiz, bəzən bu xatirələr lap uşaqlıqdan yadda qalır, mənim indiyəkimi yadımdadır, 3 yaşım olanda muncuğu burnuma saldım və o dərinlikdə itdi. Anama bu barədə demədim, bunu unutdum. Amma böyüyəndən sonra burnumda infeksiya, iltihabdan əziyyət çəkirdim.

Ötən ay isə burnumun bir tərəfi tamamilə tutuldu, güclü ağrı başladı. Mən tibbi kamera tapıb, burnumun dərinliyinə kimi baxdım və orda qaranlığın qurtacağında həmin o mavi muncuğu gördüm”.


Hanna xüsusi ucluqla muncuğu çıxarda bilib və bunu Tik Tokda paylaşıb.