Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Burnuna maqnit saldı, başqa maqnitlə çıxardılar - FOTO

  • 2017.10.28 12:42
  • 11912 Baxış
Burnuna maqnit saldı, başqa maqnitlə çıxardılar -  FOTO
Türkiyənin Kıbrıs şəhərində yaşayan 11 yaşındakı uşaq burnu qan içində təcili xəstəxanaya çatdırılıb.


Medicina.az xəbər verir ki, çəkilən rentgenlərə baxan həkimlər burun dirəyinin yanlarında paralel yerləşən diskə bənzər iki maddə aşkar ediblər.

Məlum olub ki, 11 yaşındakı azyaşlı oyun əsnasında maqnitləri burnuna salıb. Həmin maqnitlər içəridə birləşdiyi üçün özü çıxartmağı bacarmayıb. Bu səbəbdən təcili əməliyyat qərarı verilib.


Həkimlərin sözlərinə görə, zamanında əməliyyat olunmasaydı, cisimlər mukozaya təzyiq göstərərək qanqrenə və ya septal deşilməyə səbəb ola bilərdi.


Həkimlər ilk müdaxilə zamanı maqnitləri çıxara bilməyiblər. Daxildə olanları burnun iki yanına çöl tərəfdən başqa maqnit tutaraq çıxarmağı bacarıblar.

 


 

Burnuna maqnit saldı, başqa maqnitlə çıxardılar -  FOTO
Burnuna maqnit saldı, başqa maqnitlə çıxardılar -  FOTO