Kaliforniyada döyüş sənətləri üzrə məşqçi Nataşa Günter Santana 26 yaşında sinuzit səbəbiylə kəllə sümüyünün yarısını çıxartmalı oldu.
“Medicina” xəbər verir ki, İki il əvvəl həkimlər qıza 5 ayrı sinus infeksiyası diaqnozu qoyublar. Onlardan dördü antibiotiklə sağalıb, sonuncu isə dərmanla sağalmayıb. Bu səbəbdən Nataşa daimi qusma, şiddətli miqren və əhval dəyişikliyindən əziyyət çəkməyə başladı.
Antibiotiklər artıq sinus infeksiyasının öhdəsindən gəlmir və nəticədə kəskin tədbirlərə müraciət etmək lazım idi.
Müayinə göstərdi ki, qızda infeksiyalara qarşı immun reaksiyasına səbəb olan zülalın istehsalına mane olan genin mutasiyaya uğramış versiyası var. Buna görə də antibiotiklər artıq ona təsir etmirdi.
Bundan əlavə, həkimlər sinus infeksiyasının artıq beyinə keçdiyini müəyyən ediblər. Absessdən yalnız radikal bir şəkildə - kəllə sümüyünün çox hissəsini çıxarmaqla xilas olmaq mümkün idi.
Əməliyyatdan sonra qadın daha beş ay xüsusi dəbilqə taxıb, yeriməyi və danışmağı yenidən öyrənib.
Nataşanın sözlərinə görə, bu müddət ərzində o, evdən çıxmamağa çalışıb. Əməliyyatdan bir il sonra qadın bu fobiyaya qalib gələ bilib.
Təəssüf ki, qadının səhhətindəki problemlər bununla bitməyib. Əməliyyatdan sonra Santana kəskin dərin damar trombozu inkişaf etdi. Bu vəziyyət müalicə olunmazsa, qan laxtası qan axını ilə ağciyərlərə keçə bilər və emboliyaya səbəb ola bilər.
O, heç vaxt döyüş sənətini öyrətməyə qayıda bilməyəcəyindən çox qorxurdu, çünki əməliyyatdan sonra artıq bəzi fəndlər edə bilmirdi. Kəllənin bir hissəsinin dəyişdirilməsi əməliyyatından bir neçə ay sonra şişlik azaldı və qadın özünü xeyli yaxşı hiss etməyə başladı. Hətta müəllimliyə qayıtmağı bacardı.
Günay Quliyeva