Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Burnu ilə vərəm diaqnozu qoyan siçovul təqaüdə çıxdı

  • 2025.03.19 09:00
  • 187 Baxış
Burnu ilə vərəm diaqnozu qoyan siçovul    təqaüdə çıxdı

Karolina adlı siçovul xəstələrdə vərəmi müəyyən etməyə kömək edirdi.

“Medicina” xəbər verir ki, 7 il ərzində Afrika siçovulu Karolina bazar ertəsindən cümə gününə qədər çalışaraq insanların həyatını xilas etdi. O, burnuna arxalanaraq yorulmadan işləyirdi.

Belə ki, siçovul qoxubilməsi ilə vərəmi laboratoriyalardan daha tez və daha dəqiq tanıyırdı. İndi yüzlərlə insanın həyatını xilas etdikdən və 3000-dən çox duaqnozu müəyyən etdikdən sonra Karolina təqaüdə çıxır.

Karolina APOPO mütəxəssisləri tərəfindən təlim keçmiş o, 20 dəqiqə ərzində 100 bəlğəm nümunəsini infeksiyaya görə yoxlaya bilirdi ki, bu da standart diaqnostik üsullarla mümkün olmayan bir sürətdir.

Onun müstəsna qoxu hissi ona xəstəliyin ən kiçik izlərini belə aşkar etməyə imkan verdi və bu qabiliyyəti onu Tanzaniya və Efiopiyada vərəmlə mübarizədə əvəzsiz döyüşçü etdi.

Beləliklə, indi Karolina xidmətdən kənardadır, lakin hələ də diqqət
mərkəzindədir. Onun tibbə verdiyi töhfə unudulmaz olaraq qalacaq.


Aygün Musayeva