Hər bürcün özünəməxsus səhhət üstünlükləri və problemləri olur. İnsanın doğulduğu vaxt, zodiak, bürc, ay və digər astroloji faktorlar onun səhhətinə də təsir edir. Qədimdə həkimlər həm də astrologiyanı bilirdilər. Onlar bürclərin xəstəlikləri haqqında bilikli idilər.
Hər bürcü idarə edən planetin xüsusiyyətinə görə orqanizmə müsbət və mənfi təsirlər olur.
Medicina.az 12 bürcün orqanizmdəki zəif nöqtələri və hansı xəstəliklərə daha çox məruz qaldığını və uğurlu müalicə yollarını araşdırıb təqdim edir.
QOÇ
Bürcün sahibi Mars planeti baş, üz, çənə, beyin, gözlər, burun, qulaqlar, dişlərlə bağlıdır. Bu bürc qanı dövranına çox həssasdır. Qoçlar nə qədər əzələ akltivliyi göstərsələr, o qədər beyni oksigenlə təmin olunar. Nə qədər aktiv olsa, o qədər sağlam qalacaq.
Əgər Marsın yüksək enerjisinə uyğun davranmasa, baş ağrısı, beyin qan dövranı pozğunluğu, göz xəstəlikləri, müxtəlif travmalarla üzləşirlər.
Problemli Mars Qoçlara da bu baxımdan güclü qıcıq, əsəb, həyəcan verir, çox zaman heç nədən enerjisini sovurub alır. Daim qana adrenalin sıçraması əsəb xəstəliklərini artırır.
Qoç xəstəlikləri: nevralgiya, haymorit, baş ağrısı, insult, əllərdə əsmə, gözlərdə iltihab, zəifləmə, miqren, qızdırma, üz-kəllənin iltihabı
Müalicəsi: yalnız və yalnız hərəkət, idman, gəzmək. Qandakı adrenilini xeyir işlərə sürətlə sərf etmək lazımdır. Evdə, ailədə doğmaların üzərinə əsəb saçmaqla yox. Qoçlar daha çox kişi enerjisinə malikdir, azad, sərbəst olmalıdır, kimsə işlərinə qarışanda əsəbləşirlər. Ona görə onlara sərbəstlik vermək lazımdır.
BUĞA
Onların xəstəliklərə qarşı dayanan güclü immuniteti, mübarizə mexanizmi doğulandan qoyulub. Əgər onların həyatında hər şey istədikləri kimi və harmonikdirsə, ciddi xəstəlikləri olmayacaq. Əgər qarmaqarışıqdırsa, depressiya, bundan qaynaqlanan müxtəlif səbəbsiz ağrılar olacaq.
Zəif orqanları: boğaz, qırtlaq. Ona görə faringit, angina, laringit, boğazda iltihab daim var.
Artıq çəkiyə meyilli olsalar, qalxanvari vəz, diabet də gözlənilir. Həmçinin Buğalar cinsiyyət xəstəliklərinə açıqdır.
Müalicəsi: Xoş, sakit həyat, gəlirli iş, yaxşı ətraf onların dərmanıdır. Boğazla bağlı məşqlər, qarqaralar, oxumaq da məsləhətdir. Depressiya əleyhinə musiqi terapiya, bağda, bağçada torpaqda işləmək xeyirlidir.
ƏKİZLƏR
Onların planeti Merkuriy beynin fikirləşməyə cavabdeh olan hissəsi, beyin qabığı və sinir sistemi ilə bağlıdır. Merkurinin vəzifəsi beynə informasiya impulsları ötürmək, ordan cavab almaqdır. Əkizlər bu baxımdan arada vasitəçidir. Ona görə onların xəstəliyi ətrafdan və öz beyinlərindən gələn informasiyadan qaynaqlanır: sinir, əsəb xəstəlikləri, yuxusuzluq, vegetativ pozğunluqlar, görmə pozğunluğu, ağır nəfəs alma, barmaq və biləyin ağrısı.
Ağır stres vəziyyətlərində Əkizlər elə vəziyyətə düşə bilər ki, hətta nitqi quruyar. Əkizlər qorxudan kəkələməyə tutulan bürcdür.
Xəstəlikləri: öskürək, astma, bronxit, sinədə, kürəkdə sancmalar. Bunların da çoxu psixoloji səbəblərdəndir. Əkizləri məhv edən səbəb sakitlik, darıxmaq, hərəkətsizlikdir. Həyat tonusu digərlərini görmək, eşitməklə qalxır, o zaman tez də sağalırlar.
Müalicəsi: açıq havada idman, yoqa, tənəffüs gimnastikası
XƏRÇƏNG
Onların planeti Aydır. Ay mədə-bağırsaq, həzm, qidalanmanı idarə edir. İstənilən informasiya, istənilən qida Xərçənglər tərəfindən tam, yaxşı həzm olunmalı, mənimsənilməlidir. Əgər bu qida orqanizm tərəfindən qəbul olunmursa, Xərçəngdə daxili ağırlaşma hiss olunur, sanki toxumalar, selikli qişaları şişir, qabarır.
Ay orqanizmdə maye, limfa, selikli qişaları da idarə edir. Xərçənglər stresə düşdükdə qastrit, xora, qəbizlik, ürəkbulanma, köpmə kimi problemləri başlayır.
Daha çox şəxsi həyatda narahatlığı olan Xərçənglər məmnun olmadıqda, nevrasteniya və buna bağlı mədə-bağırsaq problemləri, həmçinin süd vəzi xəstəlikləri qabarır.
Müalicəsi: düzgün qidalanma, çox rahat ev şəraiti, isti ocaq, az işləmək, su prosedurları, üzgüçülük.
Ay tsiklinə bağlı olan Xərçənglərdə Ay azalan, yüksələn dövrlərdə həm psixoloji, həm fizioloji dəyişimlər baş verir.
ŞİR
Ən qabarıq, enerjili, parlaq bürclərdən biridir, çünki Günəş idarə edir. O, 12 bürcün ortasındadır, onun əsas orqanı ürəkdir. Əgər bir Şirin ürəyi zəifdirsə, ağrıyırsa, deməli həyatda öz yerində deyil, missiyasından uzaqdır, istədiyini edə bilmir.
Şöhrət, tərif, sevgi – Şirin sağlamlıq mənbəyidir.
Uşağın, ailənin, şöhrətin olmaması, uğursuzluq Şiri bədbəxt edir, onda aritmiya, stenokardiya erkən yaşda başlaya bilir. Lazımi qədər sevgi almasa Şir özü-özünü söndürür.
Müalicəsi: mümkün qədər çox diqqət, sevgi, daha çox öz-özünü sevmək. Əgər ürəyində küskünlük, inciklik, kimlərdənsə narazılıq artarsa, o qəddarlaşıb, özü üçün təhlükəli olmağa qadirdir.
Şirin həyatda ailədə, işdə, həyat yolunda özünəməxsus yerdə olmasa, çox xəstəliklərə, daha çox ürək-damar problemlərinə qucaq açacaq. Şir xəstələnərsə çox ağır xəstələnir, gec sağalır. Hər həkim də onu sağalda bilmir.
Kurort sanatoriyalarda müalicəsi yaxşı keçir.
QIZ
Bürc özü sağlamlığa cavabdeh olduğundan, Qızlar həkim, müalicə, gözəllik, baxım, üzünə, bədəninə qulluq sevəndir. Bürcün iki idarəçisi var: Merkuriy və Prozerpin. Biri immun sistemə, digəri beynin sol yarımkürəsinə cavabdehdir.
Zəif orqanları: bağırsaqlar. İstənilən narahatlıqları qidalanmadan, həzmdən qaynaqlanır. Bağırsaqların peristaltikası, mikroflorası zəifdir, bu da sinir sistemi, qaraciyərə, ödə zərərdir. Qızlar həssasdır, bir xəstəliyə köklənib onu incələyir, özündə elə hey nəsə axtarır. Çox işləyən olduqlarından yüklənmədən də xəstələnirlər. İntelektual insan kimi beyni çox işləyir, istirahət etmir, bu da onda güclü yorğunluq və nevroz vəziyyəti yaradır.
Qızların sağlamlığı bilavasitə peşəsi, iş yeri ilə sıx bağlıdır. Əgər iş ürəyincə deyilsə, sevinc, qürur gətirmirsə, Qızlar özünə qapılır, sinir sistemi rahatlanmır, tez-tez xəstələnir.
Müalicəsi: İstirahət, dieta, keyfiyyətli qida, az dərman qəbulu, bağırsaqların işini normallaşdırmaq, zəhərlənmələrə imkan verməmək
TƏRƏZİ
Onun himayədarı Xiron – harmonik münasibətlərə cavabdehdir. Ona görə onlar təkliyi sevmir, daim cəmiyyətdə, meydanda, insanların yanında daha çox olmalıdır. İkinci planeti Venera – şarm, hissiyat, sevgi, ideal partnyorluğu sevir. Əgər Tərəzilərin ailə həyatı, şəxsi münasibətləri uğurlu deyilsə, Tərəzilər ruh düşkünlüyünə düşüb, burdan da sağlamlığını itirir.
Zəif orqanları: onurğa, bel, böyrəklər. Həmçinin qalxanvari vəz, hansı ki, orqanizmdə hemostaza cavabdehdir. Orqanizmdə hemostaz pozularsa, xəstəlik ardıyca xəstəlik gəlir. Xəstəliyi sevməyən Tərəzilər uzun müddət zəif, əzik vəziyyətdə özlərini hiss edirlər, nəticədə böyrəklər sıradan çıxır. Xroniki infeksiyalara açıqdırlar, onurğa sütunu, fəqərələr zəifdir.
Müalicəsi: ruhən, psixoloji rahatlıq, harmoniydır. İstənilən konflikt onu məhv edir. Tərəzilərin yanlarında yaxşı sevgili, yaxşı ər-arvad olarsa, özlərini yaxşı, sağlam hiss edəcək.
Fizioterapiya, masaj, gözəllik, qulluq, tez-tez sidik analizi, böyrəkləri nəzarətdə saxlamaq.
ƏQRƏB
Ən güclü, qəribə bürcün Planeti Plutondur. Ölüm, seks, sirr, ehtiras, diriliş simvoludur. Əqrəblər digər insanların tab gətirməyəcəyi ən çətin vəziyyətlərdə yaşaya bilir, çətinliklərdən çıxır, sanki küldən yenidən doğulur. Uçurumun kənarı ilə gəzir. Əqrəb özünü gizli, sirli, çətin, kritik vəziyyətlərdə tam, güclü, enerjili hiss edir.
Əgər Əqrəb güclü seksual enerjisini çıxarmağa imkan tapmırsa, o zaman dözülməz əsəbi, zəhərli olur. Yoluna çıxanı məhv edər. Özünü realizə etməyən Əqrəb dağıdıcı, əsəbi, psixoloji problemləri, maniya, fobiyaları çox olan adama çevrilir.
Problemli orqanlar: cinsiyyət orqanları, kiçik çanaq orqanları, endokrin sistem
Ağır hallarda, Əqrəb artıq özünü məhv etməyə hazır duruma çatanda, bədxassəli şişlər baş qaldırır..
Əqrəblər ən çox uşaqlıqdan kənar hamiləlik keçirən bürcdür. Veneroloji xəstəlikləri də çox olur, çünki ötəri cinsi əlaqələrə meyillidir.
Əgər Əqrəb seksual arzu və həyatını mədəniləşdirsə, çərçivələrə salıb idarə etsə, özü üçün yox, qarşı tərəf və insanlar üçün yaşamağı öyrənsə, o zaman daha sağlam olacaq.
OXATAN
Yupiterin himayəsində olan Oxatan uğur, şəxsi xoşbəxtlik, sosial ədalət axtarışındadır. Doğulandan yaxşı sağlamlıqları olur, aktivdirlər, səyahət edirlər, idmana meyillidirlər. Yupiter ən böyük planet olduğundan, Oxatanlarda nə olursa ən böyüyündən olur: istər sağlamlıq, istər xəstəlik, istər uğur.
Zəif orqanı qaraciyərdir. Ona görə öd, qaraciyər xəstəlikləri –hepatitlər, sirroz bu bürcdə çox rastlanır. Oxatanın enerjisi bel-çanaqda toplanıb. Ona görə o hissədə sinir sıxılması, ağrı, sümük qırılması çox olur.
Əgər vəziyyəti istədikləri kimi dəyişə bilməsələr, haqsızlıqla üzləşsələr, depressiyaya düşür, sanki acı, qəddar adama çevrilir. Onun ödü əsəbdən tez-tez bulanıb daşır. Bu da onda xəstəliklərə yol açır.
Damarların spazmı tez-tez baş verdiyindən insulta meyillidirlər.
Müalicəsi: Oxatanların böyük bir ideyası, yeniliyi, həyatda ali bir məqsədi olmalıdır ki, o depressiyadan çıxıb, öd zəhərindən xilas olsun. Oxatanlar qaraciyəri daim təmizləməli, bu orqanı daim nəzarətdə saxlamalıdırlar.
OĞLAQ
Onlar uşaqlıqdan zəif səhhətə malik olur, amma zamanla düzəlir. Ona görə uşaqlıqda daha tez-tez xəstələnirlər. Planeti Saturndur, bir qədər qəddar, kobud, dağıdıcı enerjiyə malikdir. Əgər Oğlaqlar bu enerjini cilovlayıb, düzgün yönəltsələr illərlə onlarda həyat enerjisi, sağlamlıq, səbr artar.
Zəif orqanları əzələ, damarlar, onurğadır. Daha çox diz oynaqları bütün skeletin mərkəzidir onlar üçün.
Xəstəlikləri: artrit, ostexondroz, skleroz, radilulit, yırtıqlar.
Onların dişləri də zəif olur, tez çürüyür.
İkinci planet Uran qıcolmalar, öd kisəsi, qan sızmalara cavabdehdir.
Oğlaq xəstələndisə uzun və gec sağalır. Daha çox karmik yükdən xəstələnirlər. Yəni xəstəliyinin kökü keçmişdən gəlir.
Müalicəsi: İstirahət, fiziki yükü azaltmaq, meşə, çimərlik və ya maraqlı kitab. Oturaq işdə çalışan Oğlaqların sümükləri, dizi, onurğası daha tez sıradan çıxır. Ona görə evdə də olsa idmanla məşğul olsunlar. Kalsiumla zəngin qidalar yesinlər.
DOLÇA
İdarəçisi Uran- elektrik enerjisi kimi güc verir, hər bürc də bu enerjini daşıya bilməz. Sanki ildırım kimi ara-sıra çaxan bu emerji Dolçaların beynini yerindən oynadır. Ona görə onlar əsəbi, dağınıq, nevroz olurlar. Uran beyin, eşitmə aparatı, daha incə orqanlara nəzarət edir. Yorucu, uzun, ağır zehni iş Dolçaları korlayır, yuxusu qaçır, daha isterik, əsəbi dama çevrilir.
Ayaqlarda halsızlıq, ağrı, ürək ağrısı tez-tez rast gəlinir.
Gecələr ayaqları qıc olur, tromboflebit, oturaq sinirin sıxılması, ağrısı ilə üzləşir.
İnsult, infarkt da onlara yaxındır.
Ən yaxşı müalicəsi: əyləncəli, macəralı həyat, yaxşı dostlar, baş ağrısız, asan iş. Fizioterapiya, qan dövranı normallaşdıran qidalar, preparatlar. Dolçalar özünə nəzarət, işlərin planlaşdırılması, sabitliyi öyrənsələr, o zaman sağlamlıqlarına az ziyan vurarlar.
BALIQLAR
İdarəçi planeti Neptun beynin sağ yarımkürəsini idarə edir, Balıqlar abstrakt düşüncələrə, fantaziyalara meyillidir. Çox həssasdırlar, özlərini müdafiə mexanizmi özünü aldatma, reallıqdan qaçmaq, öz aləmində yaşamaqdır. Burdan da qəribə Balıq xəstəlikləri: alkoqolizm, narkomaniya, zərərli vərdişlərə alidəçilik qaynaqlanır.
Nə qədər ki, həyatları rahatdır, öz xəyallarında üzürlər, sağlamlıqları sabitdir. Elə ki, həyatın qəddar üzü ilə rastlaşır və çiyinlərinə yük düşür, o zaman uzun müddətli stress, limfatik sistem zəhərlə dolur, orqanizm toksinlərlə dolur, dəri xəstəlikləri başlayır. Əgər Balıqlarda allergiya başladısa, deməli, immun sistem çöküb.
Zəif yerləri psixikadır. Qorxu, stres yuxularını pozur, görməsi zəifləyir.
Dabanları çox ağrıyır, deformasiya, dabanlarda çat, döyənək, göbələk xəstəlikləri onlara xarakterikdir. Onlar ayaq gigiyenasına ciddi yanaşıb, daban masajı etməlidir. Çünki neqativ enerji də dabanlardan çıxacaq.
Ümumiyyətlə Balıqlar qarışıq adam olduğundan, onların xəstəliyindən də baş açmaq olmur, diaqnostikası və müalicəsi çətin olur. Üstəlik hər dərmanı da mənimsəyə bilmirlər. Ona görə balıqlarda xəstəliklər əsəbdəndir, həyəcandandır demək olar. Əgər stres mənbəyi aradan qalxırsa, xəstəlik də gedir.
Müalicəsi: ən çətin məqamlarda İlahi gücə və möcüzəyə inamdır. Çünki Balıqları xəyallardan, bu inamdan ayırmaq onları öldürməyə bərabərdir. Balıqları öz inamı sağaldır, inanmasa, yüz həkim də gəlsə xeyri yoxdur.