Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xroniki ağrılar nədir və əməliyyatsız müalicəsi varmı? - Doktor Vüsal Eyvazovla MÜSAHİBƏ

  • 2020.01.24 09:43
  • 10624 Baxış
Xroniki ağrılar nədir və əməliyyatsız müalicəsi varmı? -  Doktor Vüsal Eyvazovla MÜSAHİBƏ
Müsahibimiz Rusiya və Türkiyədə təhsil almış Alqoloji elm sahəsində ixtisaslaşmış tibb elmləri namizədi, “Ağrı Müalicə Mərkəzi”nin rəhbəri alqoloq - ağrı həkimi, doktor Vüsal Eyvazovdur.

Vüsal Eyvazov 2000-ci ildə Azərbaycan Tibb Universitetini bitirmiş, 2000-2005-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Ordinatura və Aspirantura təhsili alaraq ixtisaslaşmış və tibb elmləri namizədi adını almışdır. 2005-ci ildə Azərbaycana qayıdaraq Mərkəzi Neftçilər Xəstəxanasında Anestezioloq kimi fəaliyyət göstərmişdir.


2011-ci ildən etibarən isə Baku Medical Plazada Anesteziologiya və reanimasiya şöbəsinin müdiri vəzifəsində çalışır. Tibb elmləri namizədi, Doktor Vüsal Eyvazov Türkiyənin İzmir şəhərində Ege Universitetinin Tibb fakültəsində Alqoloji bilim sahəsində ixtisaslaşmış, Alqoloq-Ağrı həkimi ixtisasına yiyələnmişdir. Alqologiya ilə bağlı bir çox elmi konfranslarda, kurslarda olan Vüsal həkim 2017-ci ildə Azərbaycanda Ağrı Müalicə Mərkəzini yaratmışdır.

-Doktor, alqoloq nədir?

-Alqoloq - bütün dünyada son illərin yeni ixtisası kimi tanınmış xroniki ağrıların müalicəsi ilə məşğul olan bir həkimdir.


- Yəni sizə istənilən nayihəsində tez-tez ağrılar olan şəxs müraciət edə bilər?

- Xronikiləşmiş ağrılar ilə yaşayan, uzun müddət müalicə almış, ciddi bir müsbət təsiri olmayan və artıq müalicəyə tabe olmayan xəstələr müraciət edə bilərlər. Ağrı Müalicə Mərkəzində əməliyyatsız, qansız, kəsiksiz, xəstəxanada yatmadan ağrılardan azad olmaq mümkündür.

- Bir qədər də dəqiqləşdirək: söhbət hansı növ ağrılardan gedir?

- Əsasən fizoterapevtik, masaj, medikametoz dərman müalicələri ilə keçmədiyi halda insanlar bu ağrılar ilə yaşamaq və barışmaq məcburiyyətində qalırlar. Xroniki baş ağrıları, hansı ki, bəzən insanlar yalançı və ya həqiqi miqren ağrıları ilə səhv salırlar. Həmçinin boyun, kürək, çiyin oynaqları, diz, bud-çanaq ağrıları, bel yırtığına bağlı olan və olmayan ağrılar, onurğa və əzələ ağrıları, xərçəng səbəbi ilə yaranan ağrılar, ümumiyyətlə, insan orqanizmində olan bu kimi xronikləşmiş ağrıları olduqda ağrı müalicə həkiminə müraciət edə və “Ağrı Mərkəzi”ndə bu ağrılardan qurtula bilərlər.


- “Ağrı Mərkəzi” nədir və bura necə müraciət etmək olar?

- Məhz sözügedən “Ağrı Mərkəzi” xroniki ağrılardan əziyyət çəkən insanların müalicəsi üçün yaradılıb və bütün növ xroniki ağrılar burada müalicə olunur. Bura əsasən diaqnostik blokada və ardınca radiofrekansla qalıcı prosedurlar, tetik nöqtə ineksiyaları, ozon və ya steroid ineksiyaları, kök hüceyrə ineksiyaları və sairə prosedurlar vasitəsilə ağrıların müalicəsi mümkündür.


Babək prospekti, Bakı Medical Plazada yerləşən “Ağrı Mərkəzi”nə həftənin bazar günü istisna olmaqla bütün günləri iş saatlarında +994773118866 mobil nömrəsi ilə əlaqə saxlayaraq qəbula yazılmaq mümkündür.

Daha ətraflı məlumat ilə www.vusaleyvazov.az rəsmi saytımız və sosial şəbəkələrdəki səhifələrimdən tanış ola bilərsiniz.