Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bunu oxuyandan sonra bir də heç vaxt çiyələk yarpaqlarını atmayacaqsınız

  • 2024.04.30 17:40
  • 1208 Baxış
Bunu oxuyandan sonra bir də heç vaxt  çiyələk yarpaqlarını atmayacaqsınız
Çiyələyin sağlamlıq üçün faydaları hər kəsə məlum olsa da, bir çox insan onun yarpaqlarından istifadə etməyi ağlına belə gətirmir.

Medicina.az xəbər verir ki, çox vaxt zibil qutusuna atılan çiyələk yarpaqları xüsusilə böyrək daşlarını salmaqda apteklərdə satılan bir çox çaydan daha təsirlidir.

Çiyələk yarpaqları antioksidantlarla doludur, buna görə səhhətiniz üçün hərtərəfli faydalıdır.

Hazırda çiyələk mövsümü olduğundan onun yarpaqlarının şəfalı təsirlərindən faydalanmağın da əsl vaxtıdır. Ona görə də gələn dəfə çiyələk yeyəndə yarpaqları atmaq əvəzinə yuyub təmizləyin və daha sonra adi qaydada çay kimi dəmləyin. Bu yarpaqları qurutduqdan sonra da dəmləmək mümkündür. Hər iki halda olduqca təsirlidir.

Çiyələk yarpağı çayı ateroskleroz, yüksək qan təzyiqi və böyrək xəstəliklərinə yaxşı təsir edir. Bədəni qum və ya daş kimi formalaşmalardan tam təmizləməkdə də olduqca effektivdir. Bu çayı müntəzəm olaraq istehlak etməklə böyrək problemlərini azalda bilərsiniz. Yarpaqların tərkibindəki kalium və fosfor xroniki böyrək çatışmazlığının qarşısını alır.

Bağırsaq üçün də faydalı olan çiyələk yarpaqları bağırsaq iltihabını, qurdları, qazı və qəbizliyi aradan qaldıra bilər.

Bədəninizdə şişkinlik hiss edirsinizsə, çiyələk yarpaqlarının sidikqovucu xüsusiyyətindən faydalana bilərsiniz. Həmçinin ödemi aradan qaldırmaq, bədəndən toksinlərin atılmasını təmin etmək üçün də çiyələk yarpaqlarından faydalanmaq olar.

Keyfiyyətli yuxu üçün isə yatmazdan əvvəl bu çaydan içmək effektli olacaq.

Onu da qeyd edək ki, çay içməyi xoşlamayanlar çiyələk yarpaqlarını salatlara əlavə edə bilərlər. Bundan başqa, yarpaqları yaxşıca yuduqdan sonra üzərinə balzamik sirkə əlavə edib 1 saat gözləmək, daha sonra isə həmin sirkəni salatlarda istifadə etmək olar.


Aysel