Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Bunu 19 həkimlə örtə bilməzdik" - ÜST Azərbaycan RƏSMİSİ

  • 2020.04.16 11:46
  • 1632 Baxış
"Bunu 19 həkimlə örtə bilməzdik"  - ÜST Azərbaycan RƏSMİSİ

“Bizim 19 həkimi gətirməyimiz həkim çatışmazlığı ilə bağlı deyil. Əgər belə problem olardısa, bunu 19 həkimlə örtə bilməzdik”.

Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü, Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) və Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycanın regionlarındakı xəstəxanalarda COVID-19-a qarşı mübarizə tədbirləri ilə əlaqədar əsas bacarıqları gücləndirmək üçün REACT-C19 layihəsi ilə bağlı keçirilən tədbirdə ÜST-ün Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.

O qeyd edib ki, burada məqsəd Azərbaycan həkimlərinə kömək etməkdir.