Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bunların tərkibində süd məhsullarından çox kalsium var - SİYAHI

  • 2020.04.10 14:28
  • 2279 Baxış
Bunların tərkibində süd məhsullarından çox kalsium var -  SİYAHI
Kalsium bütün orqanizmin fəaliyyəti üçün çox vacib bir elementdir.

Onsuz bir çox toxumanın normal inkişafı mümkün deyil. Bir qayda olaraq, bizim üçün əsas kalsium mənbəyi süd və süd məhsulları qəbul olunur. Bir insan üçün gündəlik kalsium norması təxminən 1000 mq-dir. Kalsium əlavələri yaxşıdır, lakin kalsium təbii mənbələrdən alındıqda daha yaxşıdır. 100 qram südün tərkibində 120-140 mq kalsium olur.Bəs laktoza qarşı dözümsüzlük varsa və ya sadəcə südün dadını sevmirsinizsə nə etməli?

Medicina.az sizə südü mükəmməl şəkildə əvəz etməyə kömək edəcək məhsulların siyahısını təqdim edir :


Küncüt
Kalsium üçün bitki mənbələri arasında mütləq lider küncütdür. 100 qram məhsulun tərkibində 1400 mq-dan çox kalsium var. Küncüt toxumundan kalsiumun daha yaxşı mənimsənilməsi üçün əvvəlcə isladılmalı və təxminən 4 saat suda saxlanılmalı və sonra yüngülcə qızardılmalıdır.


Çia toxumları
Son zamanların “superfood”u kimi təsnif edilir. Özəlliklə çəki salmaq istəyən qadınlar arasında məşhurdur. Bu toxumların 100 qramında 630 mq-a qədər kalsium var. Bu, gündəlik normanın yarısından çoxudur.


Badam
Badamdan son zamanlar xüsusi südlü içki hazırlayırlar. Lakin çox miqdarda şəkər əlavə olunduğna görə onu ideal faydalı adlandırmaq olmaz. Amma saf şəklində badam yemək çox faydalıdır. 100 qramda 270 mq kalsium var.


Noxud
Noxud gündəlik istifadədə o qədər də yayğın deyil, ama çox nahaq yerə. Əsas yeməklər, küftə və daha çox şeyləri bişirmək üçün faydalı bir məhsuldur. 100 qram paxlalı bitkilərdə, demək olar ki, 200 mq kalsium var.


Sarımsaq
Sarımsaqda yalnız xeyirli vitaminlər deyil, həm də kalsium var - 100 qram məhsulda 180 mq. Sarımsaq salatlara, qəlyanaltılara əlavə edilə bilər. Həm də qlükoza səviyyəsini normallaşdırmağa kömək edəcəkdir.


Cəfəri
Göyərtilər mümkün qədər çox qəbul edilməlidir. 100 qram göyərtidə 245 mq kalsium var. Menyunuza cəfəri kökü də əlavə edə bilərsiniz.


Fındıq
Badam kimi fındıqda çox miqdarda kalsium var (180 mq-dan çox). Tərkibində çox miqdarda vitamin, protein, qida maddəsi, həmçinin kalori var, buna görə qoz-fındıq yeməyə qarışmamalısınız. Gündə bir ovuc kifayətdir.


Soya
Soya, unikal paxlalı bitkidir. Tərkibində çox sayda fosfolipid, heyvana yaxın bir protein, doymamış yağlar var. Məhsulda çox miqdarda kalsium var - demək olar ki, 350 mq.


Reyhan
Cəfəri kimi, reyhan çox miqdarda kalsium ehtiva edir - demək olar ki, 180 mq. Həm də çox miqdarda K vitamini, lutein, beta-karotin və digər faydalı elementlərə malikdir. Daimi menyunuza daxil edilməlidir.