Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Bunları etməsək, vitaminlərin mənası olmaz" - İmmuniteti gücləndirməyin yolları

  • 2021.05.15 12:33
  • 2086 Baxış
"Bunları etməsək, vitaminlərin mənası olmaz" -  İmmuniteti gücləndirməyin yolları
Türkiyəli mütəxəssis Murat Cömer uşaqlarda immun sisteminin gecləndirilməsi ilə bağlı məsləhətlər verib.


Medicina.az xəbər verir ki, onun sözlərinə görə, orqanizm heç bilmədiyi, tanımadığı bir mikrobla qarşılaşdıqda, dayana bilməyib xəstələnir: “Eyni mikroba yenidən qarşılaşdıqda isə buna qarşı immun sistemi ortaya girər və orqanizmi qoruyar. Burada xüsusən düzgün qidalanma, yuxu və hərəkətli yaşam çox önəmlidir”.

İMMUNİTET ANA BƏTNİNDƏN BAŞLAYAR

Ana südünün önəmindən danışan Cömert immun sisteminin ana qarnından başladığını bildirib: “Böyük şəhərlərdə yaşayan hamilələr hava kirliliyindən qaynaqlanan bir çox zəhərli qaz və ağır metallara məruz qalırlar. Bu da körpələrə təsir edir. Immunitetə təsir edən sonrakı addım isə doğumdur. Normal doğumda uşağın doğum kanalından keçərkən vaginal floradan aldığı mikroblar sayəsində immun sistemi doğar-doğmaz “xəbərdar” olar. Doğum sonrası kolostrum dediyimiz süd uşaqların ilk “peyvəndidir”. Çünki ana südü immun sistemini gücləndirmək üçün olduqca faydalıdır”.

HAZIR YEMƏKLƏR İMMUNİTETİ DÜŞÜRÜR

“Böyük uşaqlarda qidalanma, yuxu və hərəkətli yaşam immun sisteminin güclənməsi üçün ən önəmli addımdır. Bəslənmə olaraq mövsüm tərəvəzləri və meyvələrinin seçilməlidir. Paketlənmiş qidalar və “fast food” tərz qidalanmadan qaçmaq lazımdır. Yuxu da çox önəmlidir. Xüsusən məktəblilər gecə gec saatlara qədər oyaq qalmamalıdırlar. Texnologiyanın inkişafı ilə uşaqlarda hərəkətsiz yaşam da artıq çəkiyə yol açır. Gərəksiz antibiyotik istifadəsi də immun sisteminin zəifləməsinə yol açar”.

DOĞRU BƏSLƏNMƏ OLMAZSA, VİTAMİNLƏRİN BİR MƏNASI OLMAZ

“Valideynlər arasında uşaqlarına vitamin verəcəyi zaman immun sistemi güclənəcək deyə səhv bir fikir var. Yuxarıda saydıqlarımızı etməsək, vitamin istifadəsinin heç bir mənası qalmaz”.