Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bunlar da qaraciyəri zədələyir - DİQQƏTLİ OLUN

  • 2019.09.18 09:56
  • 9612 Baxış
Bunlar da qaraciyəri zədələyir -  DİQQƏTLİ OLUN
Qaraciyərin əsas düşmənlərdən biri spirtli içkilərdir. Alimlər sübut edib ki, qaraciyər üçün spirtli içkilərin "ziyansız” miqdarı yoxdur və belə içkilərin hətta 1 qurtumu qaraciyərə dağıdıcı təsir edir.


Lakin bəzi adi, tez-tez qəbul etdiyimiz qida, içki və dərmanlar da qaraciyərə çox ciddi ziyan vura bilir.


1. Şirniyyatlar


Medicina.az bildirir ki, şirniyyatlar artıq çəki və piylənməyə səbəb olur, damarlarda iltihab yaradır. Bundan əlavə şirniyyatların çoxlu miqdarda istehlakı qaraciyərin piylənməsinə səbəb olur. Qaraciyərin piylənməsi isə öz növbəsində sirroz və xərçəngin riskini xeyli artırır.


2. Vitaminlərin nəzarətsiz qəbulu


Bütün digər dərman preparatları kimi vitaminlər də yalnız həkim tərəfindən təyin olunmalıdır. Bəzi vitaminlərin orqanizmdə artıqlığı bu vitaminlərin defisitindən daha ziyanlıdır. Belə ki, A vitamininin orqanizmdə artıqlığı qaraciyərin çox ağır zədələnməsinə səbəb olur.


3. Parasetamolun nəzarətsiz qəbulu


Parasetamol bütün dünyada ən çox qəbul olunan dərmanlardan biridir. Bir çox insanlar bu dərmanı ağrıkəsici kimi istənilən ağrılar zamanı (baş, diş və s.) tez-tez istifadə edirlər. Lakin həkimlər xəbərdarlıq edir ki, parasetamoldan tez-tez və yüksək dozalarda istifadə qaraciyərə çox ciddi ziyan vurur.


4. Meyvə şirələri


Meyvə şirələri (xüsusilə şirin meyvələrdən hazırlanmış) fruktoza ilə zəngindir. Bu maddə qaraciyərdə piyin yığılmasını sürətləndirir. Ümumiyyətlə mütəxəssislər meyvə şirələrini insan sağlamlığı üçün faydalı hesab etmir və meyvələri yalnız təzə halda yeməyi tövsiyə edirlər.


Təzə meyvələr fruktozadan əlavə qidalı liflərlə də zəngindir ki, bu liflər fruktozanın orqanizm tərəfindən mənimsənilməsini xeyli ləngidir. Bundan əlavə 1 stəkan şirə hazırlamaq üçün çox meyvə istifadə olunur. Təzə meyvə yeyəndə isə insan onlardan daha az yeyir.    


5. Şirin, qazlı içkilər, enerji içkiləri


Fruktoza ilə zəngin olan bu içkilərin çoxlu miqdarda istehlakı piylərin qaraciyərdə yığılmasına səbəb olur.

(sağlamolun.az)