"Növbəti dalğa zamanı bu günə kimi yoluxmayan insanlar koronavirusa yoluxa bilərlər".
Medicina.az xəbər verir ki, bunu həkim Vasif İsmayıl deyib.
O əlavə edib ki, Azərbaycanda insanların əksəriyyəti ikinci dalğada yoluxub:
"Bundan sonrakı dalğa daha pis gələ bilər. Ancaq bu problem peyvəndlə öz həllini tapa bilər. Çox ciddi qapanmaların olacağını düşünmürəm".