Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bülent Ersoyun komandasının PCR testi saxta çıxdı - Məhkəməyə verildi

  • 2021.08.30 10:08
  • 1295 Baxış
Bülent Ersoyun komandasının PCR testi saxta çıxdı -  Məhkəməyə verildi
Şimali Kiprə konsertə gedən Türkiyənin məşhur müğənnisi Bülent Ersoyun komandasının PCR testi saxta çıxıb.

Medicina.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb. Qeyd olunub ki, musiqiçi və işçilərdən ibarət heyətin hava limanında yoxlanılarkən qeyri-qanuni sənəd aldıqları ortaya çıxıb.

İddia olunur ki, orkestr qrupunun saxta testlərini Kiprdəki otel rəhbərliyi həll edib.

Bülent Ersoyun isə 3 gün əvvəl həmin testlə Kiprə getdiyi açıqlanıb.

B. Ersoy mövzu barədə KİV-ə açıqlama verib. O, işçilərinin məhkəməyə sövq edildiyini bildirib:

“Mənim sənədlərim qaydasında olub. Nə saxtakarlığı, nə də saxtakar insanları sevirəm. 3-5 TL pul üçün yalan danışıb dələduzluq edəcəm? Mənim buna ehtiyacım var? İşçilərim isə sabah məhkəməyə çıxarılacaq”.