Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bugünkü ağlım olsa, o yasa getməzdim

  • 2020.03.28 15:15
  • 13358 Baxış
Bugünkü ağlım olsa, o yasa getməzdim
“Koronavirusa necə yoluxduğumu bilmirəm. Bazar günü iki yas mərasiminə getmişdim. Qabaqlayıcı tədbir kimi əlcək geyinib maska taxmışdım. Heç kimlə əllə görüşmədim, yaxın təmasım olmadı. Amma bugünkü ağlım olsa, getməzdim”.

Bu sözləri koronavirusa yoluxan CHP-li sabiq deputat, həkim Gökmen Öğüt “Hürriyet”ə müsahibəsində deyib. O bildirib ki, bazar günündən xəstəxanada müalicə alır və səhhəti stabildir:

“İlk testimin cavabı neqativ çıxdı, ancaq sonra ikinci test elədilər və nəticə pozitiv çıxdı. Vəziyyətim yaxşıdır, bir-iki günə xəstəxanadan evə buraxılıb 14 günlük karantin rejimində qalacam.

Əlcəksiz bayıra çıxmırdım, maşınımda dezinfeksiyaedici məhlul var, əllərimi tez-tez yuyurdum. Belə olan halda mən belə yaxalandımsa, siz diqqətli olun".

"Hal hazırda müalicəm davam edir, karantindəyəm. Qohumlarım və ailəmlə görüşmürəm. Tək bir otaqda qalıram. Yaxşı vəziyyətdəyəm. Nəfəsim az deyil. Ümid edirəm bir-iki gün xəstəxanadan buraxılacağam ”.

G. Öğüt vətəndaşlara öz tövsiyələri verib: “Marketlərdə alış-verişi bacardığınız qədər azaldın, aldığınız hər şeyi silin, şüşə və plastik əşyalara xüsusilə diqqət edin, ehtiyac olmadığı müddətdə evdən çıxmayın”.