"Buğda qarnı" insanın qarnının şişd, yumşaq görünüşdə olmasıdır.
Bu qarın tipi buğda və digər qlütenlə zəngin qidalar yeyənlərdə çox müşahidə olunur.
"Medicina" "Buğda qarnının" səbəblərini araşdırıb.
Qlüten. Bəzi insanlar tərkibində buğda olan qidaları yedikdən sonra şişkinlik və narahatlıq hiss edir, bu qlütenə qarşı dözümsüzlük ola bilər.
Fermentlər. Buğdada həzm edilməsi çətin olan müəyyən karbohidratlar var ki, bu da şişkinliyə səbəb ola bilər. İnsanda isə ferment hasili zəif olduqda bu elementlər lazımi qədər həll olmur.
Həddindən artıq karbohidrat istehlakı. Çoxlu bişmiş məhsullar və digər karbohidratlar yemək qaz yığılmasına və şişkinliyə səbəb ola bilər.
"Buğda qarnının" simptomları:
Qarın həcminin böyüməsi, hətta zarafatla hamiləsən deyirlər
Şişkinlik və narahatlıq
Qaz əmələ gəlməsi – xüsusən yeməkdən 1-2 saat sonra
Yorğunluq və ya baş ağrısı.
Nə etmək olar?
Narahatlığa səbəb olan qidaları xaric edin.
Qlüten həssaslığı əgər analizlə sübut olunarsa, diaqnoz təsdiq olunarsa, qlütensiz qidalanmağa keçmək.
Aşağıdakı məhsullar həddindən artıq istifadə edildikdə "buğda" qarın yaranır:
Çörək
Makaron
Pivə
Çörək məhsulları ilə fast food
Xəmir xörəkləri
Qızarmış yeməklər
Aygün Musayeva