Qadınlar yaxşı bilirlər ki, arıqlayan zaman ən çətin arıqlayan bölgə budlar və çanaqdır. Bunun üçün xüsusi olaraq çanaq və bud nahiyələrin yağlarını əridən qidalar qəbul edilməlidir.
Medicina.az sizə həmin qidalardan bir neçəsini təqdim edir:
Qreypfrut
Tərkibində olan enzimlər sayəsindən qreypfrut ən yaxşı yağ yandıran meyvələr sırasındadır. Bu meyvənin istər təzə halda, istərsə də təzə sıxılmış şirəsini qəbul etmək mümkündür.
Qatıq
Qatıq yalnız çanaq və bud nahiyəsini deyil, o cümlədən də qarın bölgəsinin yağlarını əritmək üçün istifadə edilən ən yaxşı qidalardan biridir. Gündəlik qida rasionuna daxil etdiyiniz qatığa darçın, zəncəfil əlavə edərək qəbul etsən daha yaxşı nəticə əldə edə bilərsiniz.
Yumurta
Yumurta insanı uzun müddət tox tutaraq gündəlik zülül və kalsium tələbatını ödəyir. Eyni zamanda da əzələləri qüvvətləndirərək yağları əritməyə kömək edir.
Yağsız toyuq əti
Tərkibində olan zülal sayəsində yağsız toyuq əti insana uzun müddət toxluq hissi verir. Həzm sistemini rahatlaşdıran bu qida həftədə ən az 3-4 dəfə istifadə edilməlidir.
Arzu
Medicina.az