Hazırda oynaqların iltihabi xəstəliyi artroz 40 yaşından sonra əhalinin 20-30%də başlayır və ilkin mərhələdə heç bir ağrı vermir.
Çox zaman isə ağrı birbaşa artrozla bağlı olmur. Bu artıq oynaqda baş verən degenerativ dəyişiklik, qocalma ilə bağlı olur. Ona görə də hər bir kəs 40 yaşından sonra ağrı oldu olmadı oynaqlarını, bud-çanaq hissəsinin rentgeni və ya MRT- müayinəsindən keçməli. Artrozu başlanğıc mərhələdə yaxalamaq və müalicəsini etmək vacibdir.
Medicina.az xəbər verir ki, bud çanaq oynağının ağrısı müxtəlif cür olur: gəzəndə, sakit halda, əyləşəndən sonra.
Artrozun yaranma səbəbləri də çoxdur: oynağa yük düşməsi, yıxılma, zərbə, revmatizm, qan sövranı pozulması, ateroskleroz, endovaskulit, yaşlanma, peşə vərdişləri və s.
ъ
Artroz ilk olaraq qığırdağdan başlayır, qığırdaq sürtülür, içəridən yumşalır, liflənir, amortizasiya fünksiyasını azaldır. Bu prosesə əzələ və sümük toxuması da qoşulur.
Beləcə skleroz inkişaf edir, kistlər əmələ gəlir.
Koksartroz isə bud oynağının displaziyası zamanı yaranır. Oynaq sümük başının qan dövranının pozulması nəticəsində aseptik nekroz inkişaf edir.
Artrit üçün xarakterik ağrı gecələr olur.
Koksartrozda isə onurğanın aşağı hissəsi və dizlər mütləq reaksiya verir.
Bəzən olur ki, pasiyent onurğasında yırtıqdan şübhələnir, bütün onurğanı MRT etdirir, kürəyini müalicə etdirir, amma məlum olur ki, ağrının səbəbi bud çanaqda, artrozdandır. Bəzənsə xəstə dizlərində ağrıdan şikayətlənir, bu isə koksartrozun gizli əlaməti olur.
Koksartrozda ağrı qasıq və yanlara vurur, çanaq sanki içəridən göynəyir. Bu zaman xəstə tez-tez sidiyə də gedə bilər.
Bud oynağı artrozunun 4 mərhələsi var. Ən ağır mərhələsi IV mərhələdir.
1- yüngül diskomfort gəzmə, qaçma zamanı hiss olunur. İstirahət edən kimi çəkilir.
2- Ağrı bir qədər yayılır, güclənir, qasıq və buda vurur. Çox gəzəndən sonra ayaqlar yorulur, axsama olur
3- Ağrı davamlı,güclənən və gecələr də olur.
Gəzmə, qaçma, həərkətlər çətinlik yarada bilir. Yan əzələlərdə hipotrofiya yaranır.
4-cü mərhələdə xəstə demək olar çətin gəzir, oynaqda hərəkətlilik tam itir.
Diaqnoz üçün rentgen və MRT çəkilir. Eləcə də oynağın UZİ-si oluna bilər.
MRT oynaqda olan ən kiçik iltihabi prosesi belə göstərir
Müalicə
Əgər xəstə 1-2ci mərhələdə müalicəyə başlasa, o zaman oynağı xilas etmək, gələcəkdə əlillik və ağır protez əməliyyatından xilas ola bilər.
Ağrıkəsici iynə, maz, masaj, tok və müxtəlif dartılmalar ilə artroz, koksartroz müalicə olunmur, bununla siz vaxt itirirsiz.
Qığırdağın dağılmasının qarşısını almaq, iltihabi dayandırmaq lazımdır.
Bu zaman sümük, oynaq və qığırdağın qidalandırılması, ağrının aradan qaldırılması vacibdir.
Bu zaman oynaqdaxili inyeksiya ilə müxtəlif qığırdaq mayesi əvəzləyici maddələr yeridilir.
Son zamanlar artroz və koksartrozun qısa müddətdə, effektiv və əməliyyatsız müasir müalicəsi ilə Bakıda az sayda həkim məşğul olur.
Əgər sizdə oynaq, çanaq, bud nahiyədə ağrı, dizlərdə ağrı, oynaqlarda artroz varsa, yeni konsultasiya mərkəzi “Ən yaxşı həkim” med konsiliuma zəng edin. Biz sizi bu ağrılardan xilas yolunu və ən düzgün müalicəni bilirik
Əlaqə tel:
050 372 77 14
Məndə oynaq, çanaq, bud nahiyədə ağrı, baldırda ağrı, var həkim yolunu müalicəsini yaz.
Məndə oynaq, çanaq, bud nahiyədə ağrı, baldırda ağrı, var.