Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bud çanaq oynağı kirəclənməsi nədir?- Əməliyyatsız müalicəsi

  • 2020.12.12 12:55
  • 4083 Baxış
Bud çanaq oynağı kirəclənməsi nədir? - Əməliyyatsız müalicəsi

Koksartroz (bud-çanaq oynağı kirəclənməsi) nədir?

Koksartroz bud-çanaq oynağı qığırdağın zədələnməsi ilə gedən xəstəlikdir. Buna xalq arasında bud-çanaq oynağı duzlaşması, kirəcləşməsi də deyilr. Bud-çanaq oynağı xəstəliklər arasında oynağın iltihabı da əsas yerlərdən birini tutur.


Koksartrozun müalicəsi

Bud-çanaq oynağının protezlə əvəzlənməsi əməliyyatı bir çox hallarda məsləhət edilir. Lakin bu əməliyyat kifayət qədər ağır əməliyyat olduğu üçün ən son çarə olaraq qalır. Daha çox əməliyyatsız müalicələrə üstünlük verilir. Bir çox mütəxəssislər kök hüceyrə müalicəsini cərrahi əməliyyata alternativ müalicə olaraq qəbul edir.

Kök hüceyrə müalicəsi koksartroz müalicəsində nə qədər effektivdir?

Mərkəzimizdə kök hüceyrə xəstənin özündən alınır və zədəli oynağa köçürülür. Sümük iliyi və piy toxumas kök hüceyrə ilə zəngindir və təhlükəsizdir. Milyonlarla kök hüceyrə alınır və aktivləşdirilərək bud-çanaq oynağına inyeksiya edilir. Nəticədə zədələnmiş qığırdaq bərpa olunur. Kök hüceyrə iltihab əleyhinə də təsiri vardır, beləliklə nəinki oynağı bərpa edir eyni zamanda oynaqdaxili iltihabı aradan götürərək regenerasiyanı daha da sürətləndirir.

Kök hüceyrə müalicəsinin üstünlükləri hansılardır?

Kök hüceyrə müaliəsi minimal invaziv və təhlükəsiz bir müalicə olub, oynaq bərpasına çox effektivdir. Reabilitasiya dövrü qısadır, 48 saat yataq rejimi gərəklidir, aylarla hərəkətsiz qalmaq tələb etmir. Bir dəfə tətbiq edilir. Hər hansı ağırlaşma vermir, allergiya , orqanizmin qəbul etməmə kimi riskləri yxdur. Xəstənin öz hüceyrələri olduğu üçün genetik koduna uyğun olur. SVF kök hüceyrə az diferensasiya etmiş hüceyrələr olduğu üçün xərçəng riski yoxdur.

Sümük iliyindən alınan yoxsa piydən alınan kök hüceyrə artrozlarda daha çox effektivdir?

Artrozun müalicəsində hər iki yola alınan kök hüceyrə effektivdir. Mərkəzimizdə həm piydən, həm də sümük iliyindən kök hüceyrə alınması və müalicəsi həyata keçirilir.

Təcrübələr göstərmişdir ki hər iki kök hüceyrəni kombin etdikdə daha gözəl nəticələr əldə etmək mümkündür. Müəyyən hallarda mərkəzimizdə komin olaraq hər iki kök hüceyrə qarışdırılaraq köçürülür.

Kök hüceyrə müalicəsi niyə bu qədər populyardır?

Kök hüceyrə müalcəsində qısa zamanda qalılcı nəticə almaq olur. Bu bir əməliyyat deyil prosedurdur.

Kök hüceyrə bir neçə saata alındıqdan sonra köçürülə bilir. İki gün sonra xəstə öz gündəlik fəaliyyətinə qayıda bilir. Gərgin fiziki aktivliklər: qaçmaq, tullanmaq, çöməlmək kimi hərəkətlər bir çox pasientlərdə 2-3 ay müddətində məsləhət görülmür. 3 ay sonra tam sərbəst fəaliyyət icazə verilir.

Xəstə bir neçə həftəyə nəticə görür. Əməliyyatdan fərqli olaraq heç bir ağırlaşması yoxdur, yaş məhdudiyyəti yoxdur. Kök hüceyrə oynaqda proliferasiyanı yaxşıaşdıraraq zədələnmiş qığırdağı bərpa edir. Kök hüceyrə böyük bir elmdir. Bir çox sahələrdə tətbiq edilir. 95% effektivliyi vardır. Əməliyyat stəməyən pasientlər üçün ideal müalicədir.

RegenStem Mərkəzi
Həkim kök hüceyrə mütəxəssisi, uzman Sevinc Heydərova

Əlaqə telefonu:

050 309 77 87