Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu Yeni il oyuncaqlarını uşaqlara almaq olmaz

  • 2021.12.27 15:23
  • 2187 Baxış
Bu Yeni il oyuncaqlarını uşaqlara almaq olmaz

Uşaqlar üçün hədiyyə olaraq yaramayan keyfiyyətsiz oyuncaqları ilk növbədə kəskin kimyəvi qoxusu ilə müəyyən etmək mümkündür.

Medicina.az xəbər verir ki, Moskva Səhiyyə Departamentinin baş mütəxəssisi Andrey Tyajelnikov məlumat verib.

O, bildirib ki, körpələr üçün Yeni İl hədiyyəsi seçərkən kiçik detalları olmayan oyuncaqlara üstünlük vermək lazımdır.

“Uşaqların maqnit konstruktorları ilə çox sayda xoşagəlməz hadisə yaşadıqlarını bilirik. Azyaşlılar oyuncaqların kiçik hissələrini udur, onlar yemək borusunda birləşərək həyat üçün böyük təhlükə yaradır. Bu baxımdan kiçik və iti hissələri olan istənilən konstruktor və ya digər oyuncaqlar təhlükəlidir. Körpələr hər şeyi ağızlarına aparırlar və oyuncaq seçərkən bu, mütləq nəzərə alınmalıdır”, - deyə ekspert bildirib.

O, atıcı oyuncaqların azyaşlılara zədə yetirə biləcəyilə də bağlı xəbərdarlıq edib.

Bununla yanaşı, Tyajelnikov hədiyyə seçərkən onun hazırlandığı materiallara da xüsusi fikir verməli olduğumuzu xatırladıb.

“Keyfiyyətsiz oyuncağı kəskin kimyəvi qoxu, parlaq zəhərli rəngləri ilə tanımaq olar. Amma təhlükəsizliyə zəmanət vermək üçün satıcıdan keyfiyyət sertifikatı tələb etmək lazımdır”, - deyə o əlavə edib.