Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu yaşdan uşaqların ürəyində problem yarana bilər

  • 2024.12.27 18:31
  • 453 Baxış
Bu yaşdan uşaqların ürəyində problem yarana bilər

Alimlər JAMA Cardiology dərgisində son elmi tədqiqatın nəticələrini dərc ediblər.


“Medicina” xəbər verir ki, onlar 3-16 yaş arası 1500 uşağın sağlamlıq vəziyyətini illərlə yoxlayıb.


Fərdi olaraq bunlar qeydə alınıb:

- qidalanma
- fiziki aktivlik
- yuxu
- bədən kütləsi
- təzyiq
- siqaret, passiv siqaret
- zərərli vərdişlər
- Eləcə də qan dəyərləri
- Bu müddət ərzində iştirakçıların ildə bir dəfə ürəyi yoxlanılıb.


- Məlum olub ki, uşaqlarda ürək-damar sistemi artıq 10-12 yaşından bütün qruplarda artır. Əgər uşaq pis qidalanıb, az hərəkət edirsə, onun ürək-damar sistemi 10 yaşından yoxlanmalıdır.

Məhz 10 yaşdan sonra uşaqlar öz seçimi ilə fast-fud yeyir,küçədə qidalanır və məktəbdə vaxt keçirir.

Uşaqda artıq ürək-damar problemi olduğunu göstərən əlamətlər:

- fiziki iş, idman zamanı tez yorulur
- Oyun və qaçış zamanı həddən artıq çox təngnəfəslik, tənəffüsdə çətinlik
- Sinədə göynəmə hissi

- taxikardiya və ritm pozulması
- Ayaq və qarında şişkinlik
- Çox tərləmə
- Yuxu pozulması


Bu zaman uşağı kardioloji müayinə etdirin.

Aygün Musayeva