Alimlər siqareti effektiv tərgitmək üçün yaş həddi tapıblar.
Bu o deməkdir ki, bəzi siqaret çəkənlər tələsməlidirlər.
“Medicina” xəbər verir ki, daha gənc yaşda nikotini buraxanlar ölüm riskini heç vaxt siqaret çəkməmişlərdəki kimi normal səviyyəyə endirə bilirlər.
“Alimlər yeni araşdırmada bu pis vərdişdən təhlükəsiz şəkildə imtina etmək üçün yaş həddinin 40-45 yaş olduğunu müəyyən ediblər.
Bu optimaldır, çünki ürək-damar sisteminin işi bundan yalnız 15 il sonra normallaşır. Tədqiqat göstərdi ki, 16 il ərzində infarkt və insultların əksəriyyəti (təxminən 70%) 20 il ərzində gündə təxminən bir qutu siqaret çəkənlər arasında baş verib.
Məlum olub ki, nə qədər çox iştirakçı siqaret çəkibsə, bir o qədər tez-tez ağciyərlərin və ürək-damar sisteminin işində problemlər yaranır. Siqaretdən imtina əvvəlcə onların sağlamlığına müsbət təsir göstərsə də, zaman keçdikcə bütün göstəricilərin normala qayıtma sürəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb. Nəticədə 16 ildən sonra da siqaretin bütün mənfi təsirləri aradan qalxmayıb.
• Xəstəyə siqareti buraxmaq üçün təsdiqlənmiş iki dərmandan birinə başlaması tövsiyə olunur. Birincisi Bupropion (Zyban).
• Başqa bir dərman Vareniklin və ya Chantixdir. Onlar nikotin reseptorlarını bloklayır, beləliklə, nikotinin həzzini azaldır.
• Siqaret atıldıqda xəstə dərhal nikotinli saqqızlardan, pastillərdən istifadə etməlidir.
Günay Quluzadə