Mütəxəssislər bildirirlər ki, yeniyetməlik dövründə və ya 4-6 yaş arasında edilən sünnət əməliyyatları bir sıra problemlərə yol aça bilər.
Sünnət təxminən 5 min il əvvəl yaranan, fərqli cəmiyyətlərdə, istər adətlərə, istərsə də dini səbəblərə görə, bəlkə də ən köhnə adətlərdəndir. Buna aid ilk məlumatlara Afrikada rast gəlinmişdir.
Daha çox müsəlmanlarda və yəhudilərdə dinə uyğun olaraq edilən sünnət, ölkəmizdə də geniş yayılıb.
Cərrahi bilgisi olmayan insanlar tərəfindən edilən əməliyyatdan sonra bir çox problemlər yarana bilər. Sağalması təxminən 1 həftəyə, tikiş atılaraq edilən əməliyyatlarda isə 1 aya qədər davam edə bilər. Əməliyyatdan sonra qanaxma olarsa dərhal müdaxilə edilməli, həkimə gedilməlidir.
Sünnət bütün yaş qruplarında edilə bilər. Amma 4-6 yaş arasında edilən sünnət əməliyyatları zamanı daha sonradan bir sıra problemlər, infeksiyalar yarana bilər. Həkimlərə görə, sünnət üçün ən uyğun zaman 0-3 yaş arasıdır.
Həkimlər valideynləri diqqətli olmağa çağırır. Onlar sünnətin ciddi bir cərrahi əməliyyat olduğunu, mütəxəssislər tərəfindən edilməli olduğunu bildirirlər.