Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

– Qurumuş diz qapaqlarına sürtün və...Bu yağın faydalarını saymaqla bitmir

  • 2019.03.11 10:31
  • 7529 Baxış
– Qurumuş diz qapaqlarına sürtün və... Bu yağın faydalarını saymaqla bitmir

Hind qozu yağı daha çox tropik bölgələrdə yetişən qalın qabıqlı və yeyilə bilən hind qozu meyvələrindən əldə edilir. Bu yağ sağlamlıq üçün bir sıra faydalara malikdir.


Medicina.az hind qozu yağının faydalarını təqdim edir: 


1) Makyajı təmizləmək 


Hind qozu yağı dəriyə zərər verən kimyəvi maddələri təmizləmək üçün yaxşı seçimdir. Həm dərinin görünüşünü hə də sağlamlığını qorumaq üçün hind qozu yağından istifadə etmək olar. 


2) Saçlara yaxşı təsir göstərir 

Saçlarınızın daha parlaq və canlı görünməsi üçün hind qozu yağını tətbiq etmək olar. Saçlarınızı yumazdan əvvəl yağı saçlarınıza çəkib bir az gözləyin və yuyun.  Bu, saçın təbii nəmliyini özünə qaytararaq daha canlı, sağlam və parlaq olmasını təmin edəcək. 


3) Əl və ayaq qulluğunda tətbiq etmək olar 

Əl və ayaqlara qulluq zamanı hind qozu yağından istifadə etmək yaxşı effekt verir.  Əsasən də quru dəriyə sahib olan insanlar əllərinin dərinizi gözəl və parlaq etmək üçün hind qozu yağından istifadə edə bilərlər.

Yağı əllərinizə və ayaqlarınıza çəkib 8-10 dəqiqə saxlayın, daha sonra yuyun. Qurumuş diz qapaqlarına, dirsəklərə tətbiq edidikdə bir müddətdən sonra həmin nahiyələrin dərisinin canlandığının şahidi olacaqsız. 

 

4) Diş təmizliyində istifadə olunur

Hind qozu yağını məcun şəklinə gətirmək üçün  ona soda əlavə edərək yaxşıca qarışdırın. Alınan qarışımla dişlərinizi fırçalaya bilərsiniz.  


Arzu

Medicina.az
– Qurumuş diz qapaqlarına sürtün və... Bu yağın faydalarını saymaqla bitmir