Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu yağ “Viagra”dan daha təsirlidir - Həftədə 9 qaşıq için!

  • 2024.05.15 23:58
  • 1830 Baxış
Bu yağ “Viagra”dan daha təsirlidir -  Həftədə 9 qaşıq için!
Afina Universitetinin apardığı araşdırma zeytun yağının kişilərin cinsi həyatına müsbət təsir etdiyini ortaya çıxarıb.

Medicina.az xəbər verir ki, 2018-ci ildə 600-dən çox insanın qatıldığı araşdırma həftədə ən az 9 xörək qaşığı zeytun yağı qəbul edənlərdə cinsi problemlərə və sonsuzluğa daha az rast gəlindiyini müəyyən edib.
Həmçinin, zeytun yağının kişilərdə testosteron səviyyəsini yüksəltdiyi anlaşılıb.

Həkimlər bildiriblər ki, zeytun yağı istehlak etmək kişinin cinsi həyatına uzun müddətli fayda verir. Bu, dərmanların ani artımına güvənməkdən daha yaxşı seçimdir. Alimlər zeytun yağının bu baxımdan kişilər üçün “Viagra”dan daha təsirli olduğunu açıqlayıblar.

“İndependent”də dərc edilən araşdırmanın müəllifləri qeyd ediblər ki, yağla zəngin pəhriz qan damarlarını sağlam saxlayır və bütün bədəndə qanın daha yaxşı dövran etməsinə imkan verir.

Araşdırma zeytun yağı ilə yanaşı, meyvə-tərəvəz, paxlalılar, balıq və çərəzlərlə zəngin qidalanmağı nəzərdə tutan Aralıq dənizi pəhrizinin də erektil disfunksiya riskini 40 faizə qədər azaltdığını vurğulayıblar.

"Pəhriz və idmanı həyat tərzinə çevirmək, yaxşı vərdişlər təkcə damarlarımıza deyil, həm də orta yaşdan başlayaraq cinsi həyata müsbət təsir edir", - deyə tədqiqatçılar bildiriblər.

Onların sözlərinə görə, zeytun yağı kişilərə cinsi performanslarını yaxşılaşdırmağa imkan verən dərmansız bir həlldir. Üstəlik, "Viagra”dan fərqli olaraq, təsiri uzunmüddətlidir.

Həmçinin, zeytun yağının böyük əhəmiyyət kəsb etdiyi Aralı dənizi pəhrizi diabet, yüksək qan təzyiqi və piylənmə kimi riskləri də azaldır.

Aysel