Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu yağ qanın laxtalanmasına qarşıdır

  • 2023.04.05 14:09
  • 1438 Baxış
Bu yağ qanın laxtalanmasına qarşıdır
Fenolla zəngin yağ istehlakı 2 saat ərzində qan laxtalanma riskini azaldır.

“Mediicna” xəbər verir ki, zeytun yağının düzgün növünü seçmək, tərkibindəki polifenolların faydalarını əldə etmək üçün vacibdir.


Zeytun ağacının meyvəsindən əldə edilən zeytun yağı 5000 ildən artıqdır ki, Aralıq dənizində becərilir. Son onilliklərdə o,yüksək antioksidant fəaliyyətinə görə tibbi dairələrdə çox diqqət çəkmişdir. Yağ yüksək təzyiqin idarə edilməsində və qarşısının alınmasında faydalı olmaqla yanaşı, qan laxtalanma mexanizmlərini də idarə edə bilir.

Həftədə ən azı bir dəfə zeytun yağı yeyən insanlar, yağı daha az yeyən iştirakçılara nisbətən trombositlərin aktivləşməsi daha aşağı idi.

Daha çox zeytun yağı yeyənlərdə trombosit aqreqatlarının aşağı səviyyələri müşahidə edildi.

Həkim – kardiloq Oleq Vorfolomey bildiirb ki, zeytun yağı ekstraktları və onun bəzi fenolik (antioksidant) komponentləri trombositlərin yığılmasının qarşısını almaqdan məsul ola bilər. Bu antioksidanların qan təzyiqini aşağı salmaqda da təsirli olduğu və onların ürək xəstəliklərinin qarşısının alınmasına böyük rol oynadığı sübut olunmudur.

Trombosit aktivliyində azalma ən çox siqaret çəkməyən obez yetkinlərdə qeydə alınıb. Bununla belə, əvvəlki tədqiqatlar yüksək xolesterol səviyyəsi olan insanlarda oxşar təsirləri qeyd etdi.

Zeytun yağının tərkibindəki fenollar qan laxtalanmasını tez bir zamanda azaldır.Tədqiqat fenolda yüksək olan sızma zeytun yağı istehlak edən insanlarda qan laxtalanmasına səbəb olan kimyəvi maddənin daha aşağı səviyyədə olduğunu müəyyən etdi.

Günay Quliyeva