Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu yağ insan üçün təhlükəli elan olundu

  • 2023.09.14 17:25
  • 1813 Baxış
Bu yağ insan üçün təhlükəli  elan olundu

Bir çox bloger və dietoloqların son zamanlar ən yaxşı yağ kimi tövsiyə etdiyi kokos yağı insan orqanizmi üçün zərərli hesab edilib.

“Medicina” xəbər verir ki, Braziliyalı alimlər bu bitki mənşəli yağın piylənmə və digər problemlər yarada biləcəyini sübut edib.

Elmi tədqiqat zamanı siçanlar üzərində birinci əl soyuq sıxım kokos yağı verilib.

Sağlam siçanlar 8 həftə boyu hər gün 1 qaşıq yağ qəbul edib.

Yarım ay sonra alimlər müəyyən edib ki, kətan yağı qəbul edən siçanların qidalanmasında dəyişiklik olub, onlar kökəlib, qaraciyər iltihablanıb, mərkəzi sinir sistemində dəyişiklik olub.

Onlarda metobolik hormonların işi pozulub və şəkər və insulinə hüceyrə həssaslığı azalıb. Buna görə də piylərin parçalanması zəifləyib.

Alimlər bildirib ki, uzun müddət kokos yağının qəbulu piylənmə, diabet və daxili xəstəliklərə səbəb ola bilər.

Aygün Musayeva