"Yevlax rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsə yeni direktor təyin edilib.
Medicina.az xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri vəzifəsini icra edən Vüqar Qurbanov əmr imzalayıb.
Əmrə əsasən, sözügedən vəzifəyə Fazil İsmayılov təyinat alıb.
Xəbəri TƏBİB-in mətbuat xidmətindən Unikal.org-a təsdiqləyiblər.