Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu xəstəxananın direktoru işdən çıxarıldı

  • 2021.04.25 20:35
  • 2530 Baxış
Bu xəstəxananın direktoru işdən çıxarıldı


Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad olunub.

Medicina.az APA-ya istinadən xəbər verir ki, publik hüquqi müəssisənin direktoru Könül Ələkbərov tutduğu vəzifədən azad olunaraq paytaxtın tibb müəssisələrindən birinə təyinat alıb.

Mingəçevir Mərkəzi Xəstəxanası Təcili Tibbi Yardım Xidmətinin rəhbəri Məzahir Yusifov da daxili əmrlə tutduğu vəzifədən azad edilib. Hər iki vəzifəyə hələlik təyinat olmayıb.