İsti buxarlı hamam, sauna sağlamlıq və gümrahlıq baxımından faydalı yerdir. Temperaturun kəskin dəyişməsi, buxar immuniteti möhkəmləndirir, qan dövranını yaxşılaşdırır, toksinləri dəridən çıxarır.
Lakin elə xəstəliklər var ki, sauna əksinə vəziyyəti mürəkkəbləşdirə, xəstənin halını ağırlaşdıra bilər.
Medicina.az kimlərin isti buxarlı hamamdan uzaq durmalı olduğunu təqdim edir.
1.Varikoz
Damar genişlənməsi, tor damarları olanlarda sauna damarların tonusunu artırsa da, qanın durğunlaşmasına səbəb olur, tromb yaradır və xəstəliyi daha da kəskinləşdirir.
2.Dermatit
Dəri xəstəliyidir, sauna daha da onu aqressivləşdirir. Qaşınma, göynəmə hissi artır, kisə, bədən süngəri iltihab sahəsini artırır, dəridə səpkilər çoxalır, infeksiya keçmə ehtimalı çoxdur.
Suyun təsirindən qaysaqlar yumşalır, qopur, bu da yaradan bakteriya, infeksiya keçməsinə zəmin yaradır. Üzündə iri səpkili, qızartılı akne xəstəliyi olanlar da isti saunaya girməməlidir
3.Baş ağrıları
Çox adam elə düşünür ki, miqren tutmasında, baş ağrısında isti hamam, su ağrınə kəsəcək. Amma əksinə effekt ola bilər. Baş ağrısı yüksək təzyiq səbəbindən ola bilər ki, sauna infarkt və insult riskini artırır. Eləcə də anevrizma zamanı isti buxar arteriyanı daha da genişləndirib yırta bilər.
Eləcə də baş ağrısı qrip, infeksion xəstəliklərdən ola bilər. BU zaman da isti sauna olmaz: çünki o, titrətməni artıra bilər.
Miqrenin də bir növü damar genişlənməsindən olur. İsti sauna isə damarları daha da genişləndirib, miqreni kəskinləşdirəcək.
4.Vegetativ distoniya
Bu xəstələrdə baş gicəllənmə, aritmiya, təngnəfəslik olur. İsti buxar bu problemlərdə zərərlidir.
Eləcə də təzyiq və vərəm xəstələri də saunadan uzaq dursa yaxşıdır. İsti hamam iltihabi prosesləri yayır və sürətləndirir.