Bir çox xəstəliklərdə evdən, onlayn, frelans iş sağlamlıq üçün daha vacibdir.
“Medicina” xəbər verir ki, allerqoloq Mariya Aleşeçkina ditansion işə keçməyin xəstələrə faydalarından danışıb.
“Xərçəng xəstələri, xərçəngdən müalicə alıb remissiya əldə edənlər, ciddi orqan yetməzliyi astanasında olanlar və allergiya xəstələri orqanizmə təsiri minimuma endirmək üçün evdən, onlayn işə keçməlidir.
Allergiya xəstələrinə yol tozu, ağac tozcuqları, müxtəlif kimyəvi maddələr yolda və digər yerlərdə təsir edir.
Eləcə də xəstələr müalicə üçün təyin olunan dərmanların qrafikinə dəqiq etməlidir.
Bundan öncə Dövlət Dumasında bəzi xəstələrin tibbi göstəriş olduqa evdən işə keçirilməsi fikri səslənmişdi. Bu ideyanı dəstəkləmək lazımdır.
Güclü allergik ödem, qızartı, bir santimetrdən böyük ləkələr, titrəmə təcili həkimə müraciət tələb edir”.
Aygün Musayeva