Mütəxəssislər bildirir ki, torpaqda olan sərbəst elektronlar yalın ayaqdan dabanın dərisi ilə bütün bədənə hopur. Elə xəstəliklər var ki, bu elektronların müsbət təsirindən ağırlaşmaları aradan qalxır, simptomları yüngülləşir, müdafiə olunur.
Medicina.az bu xəstəliyi olanlara tez-tez ayaqyalın gəzməyin faydalı olduğunu aydınlaşdırıb.
-Yuxu pozğunluğu olanlar, apnoe
-Əzələ, sümük və oynaqlarda xroniki ağrıları olanlar
-Asma bronxiti olanlar
-Revmatoid artriti olanlar
-Aybaşı pozulması
-İmmun sistem zəifliyi
-Diabet xəstələri
-Ürək ritmi pozuntusu olanlar
Bu adamlar xüsusən yayda qumda, torpaqda, çınqıl üzərində, dəniz kənarında azı 45 dəqiqə ayaqyalın gəzməlidirlər.
Bina evində olanlar isə bir ləyənə torpaq və ya çınqıl tökməklə onun üzərində addımlasınlar.