Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu xəstəlikdən dünyada sadəcə 4 ailədə var: “Bizə qəribə baxırlar” - FOTOLAR

  • 2020.10.14 10:20
  • 2835 Baxış
Bu xəstəlikdən dünyada sadəcə 4 ailədə var:  “Bizə qəribə baxırlar” - FOTOLAR
Türkiyənin Malatya şəhərində yaşayan Yavuz ailəsi dünyada sadəcə 4 ailədə rastlanan “Nasopalpebral Lipoma Coloboma” adlanan xəstəliklə mübarizə aparır.

Medicina.az xəbər verir ki, Mustafa Yavuz övladı Ayişənurun da eyni xəstəliklə dünyaya gəldiyini bildirib.

İndiyə qədər 5 dəfə plastik əməliyyat keçirdiyini deyən ata hələ də bu problemin davam etdiyini vurğulayıb: “Çölə çıxdığımız zaman insanlar sanki qəribə bir varlığa baxan kimi baxırlar. Qızım da buna görə ağlayır. Gözlərinin belə olmasına hələ də öyrəşə bilməyib. Yaşı artmadan tezliklə əməliyyat etdirmək istəyirik. Bu xəstəlik genetik bir xəstəlikdir. Anama da atasından keçib. Hazırda ABŞ-da bununla bağlı araşdırmalar aparılır. Əgər müalicəsi tapılmasa bizdən sonrakı nəsillərə də keçəcək”.