Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Bu xəstəlik dillə deyiləsi deyil,çox çətindir nəfəs almaq" - Bakıda koronaviruslu xəstələrin dəhşətli görüntüləri - VİDEO

  • 2020.06.02 14:19
  • 6129 Baxış
"Bu xəstəlik dillə deyiləsi deyil,çox çətindir nəfəs almaq"   - Bakıda koronaviruslu xəstələrin dəhşətli görüntüləri - VİDEO


Azərbaycanda koronavirus xəstələrinin yeni görüntüləri bir daha bu virusun ciddiyyətini qəbul etməyimizi labüd edir.


Medicina.az xəbər verir ki, Azərbaycan Televiziyası yenidən koronaviruslu xəstələrin müalicə aldığı xəstəxanadan reportaj hazırlayıb.

Reportajın məqsədi vəziyyətin ciddiliyini yoluxmuş şəxslərin öz dilindən təqdim etməkdir.

Qeyd edək ki, xəstənin razılığı olmadan onun adını çəkmək, kimliyini açıqlamaq qadağandır. Bəzi xəstələr buna razı olur, bəziləri isə yox.

Adı açıqlanmayıb, üzü gizlədilən xəstələrdən biri yaşantılarını belə dilə gətirib:

“Heç kimə bura düşməyi arzulamıram. Ona görə özünüzü qoruyun. Dillə deyiləsi şey deyil. Çox çətindir. Bu, ölümlə həyat arasında mücadilədir”.

Reportajda koronavirusun insan orqanizminə necə təsir etməsi, onu sıradan çıxarması haqqında da həkimlərdən ətraflı məlumat verilib.