Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu xəstələrə təyyarədə uçmaq təhlükəlidir

  • 2023.07.19 17:10
  • 1380 Baxış
Bu xəstələrə təyyarədə uçmaq   təhlükəlidir
Hava səyahəti venoz çatışmazlıq və ürək xəstəlikləri üçün təhlükəlidir.


“Medicina” xəbər verir ki, həkim Roman Qorenkonun sözlərinə görə, uçuş zamanı baş verən təzyiq enməsi eşitmə orqanlarının xəstəliklərinin kəskinləşməsinə səbəb ola bilər. Bundan əlavə, hava səyahətləri xroniki ürək problemləri üçün təhlükəli ola bilər.


Əks göstərişlər hipertoniyanın kəskinləşməsi və ürək ritminin pozulması ola bilər.


“Xroniki venoz çatışmazlığı olan insanlar üçün hava səyahətləri də təhlükəlidir. Uzun müddət oturmaq, qalxma və enmə zamanı qəfil təzyiq düşür - bütün bunlar birlikdə kəskin trombozun və ya kritik vəziyyətdə ağciyər emboliyasının meydana gəlməsinə kömək edə bilər.

Odur ki, venoz çatışmazlıq halında, bir yerə uçmazdan əvvəl, uçuş zamanı damarları gücləndirən dərmanların qəbulu və ya digər sağlamlıq tədbirləri ilə bağlı həkimə müraciət etməlisiniz.

Bundan əlavə, astmatiklər hava səyahətində diqqətli olmalı, inqalyatorları unutmamalıdırlar.

Psixi pozğunluğu olan insanlar uçuş zamanı gözlənilməz davrana bilərlər”.

Günay Quliyeva