Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu xəstələrə masaj etdirmək olmaz

  • 2022.06.30 13:40
  • 2893 Baxış
Bu xəstələrə  masaj etdirmək olmaz
Masajın müsbət tərəfləri olduğu kimi, əks təsirləri də var.


Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə dietoloq-təlimçi Yelena Novikova danışıb.


Ekspert qeyd edib ki, kəskin ürək çatışmazlığı, dəri xəstəlikləri, iltihabi prosesləri, açıq yaraları və onkologiyası olan vətəndaşlar üçün masajdan imtina etmək daha yaxşıdır.


Novikova onurğanın müvafiq hissəsinin yırtıqları zamanı bel nahiyəsinin masaj edilməsi ilə də bağlı xəbərdarlıq edib:


“Belə hallarda təcrübəli mütəxəssislə əlaqə saxlamağı tövsiyə edirəm. Çünki əks təsiri ola bilər”.


Novikovanın sözlərinə görə, hipertoniyalı vətəndaşların da masajdan imtina etmək daha yaxşıdır.


Eyni zamanda, mütəxəssisi qeyd edib ki, masaj bel yırtığı olan xəstənin vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Çünki prosedur zamanı onurğa uzanır, nəticədə sinir uclarının sıxılması dayanır.