Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu xəstələrə kartof olmaz, vəziyyəti pisləşdirir – SİYAHI

  • 2019.07.31 16:01
  • 3222 Baxış
Bu xəstələrə kartof olmaz, vəziyyəti pisləşdirir –  SİYAHI
Kartof bizim qidamıza XIX əsrin sonlarında gəlib. Daha doğrusu  çar Rusiyasında ilk dəfə yemək kimi istifadəyə başlanılıb. Dədə-babalarımızın qidasında kartof yox idi. Rusiyadan Zaqafqazayiyaya ayaq açan kartof bizim də küftə, parça, qovurmanın tərkibinə düşə bildi.


Hazırda ən çox istehlak olunan tərəvəzdir, insanlarımız hər gün kartof yeyir. 

Amma elə xəstələr var ki, onlara nəinki hər gün, heç ayda 5 dəfə də kartof yemək olmaz.


Medicina.az kartofun kimlərə zərərli olması barədə məlumatı təqdim  edir.


1.Diabet xəstələri


Harvard alimləri bildirir ki, şəkərli diabet xəstələrinin hər gün kartof yeməsi qanda şəkəri artırır, metobolizmi ağırlaşdırır, əlavə fəsadlar yaradır. Eləcə də hələ diabet olmayan şəxslər gündəlik rasionda çox kartof yeyərsə, gələcəkdə II tip Diabet olma riski yüksəlir. Xüsusən kartof fri diabeti aktivləşdirir.


2.Hipertoniya


Tədqiqatlar sübut edib ki, həftədə 5 pay qızardılmış kartof yeyənlərdə həmin həftə təzyiq yüksəlməsi 12% artır. Kartof fri yedikdə isə bu risk 18%-ə qalxır. Ona görə yüksək təzyiqdən əziyyət çəkənlər kartoflu yeməklərdən çəkinməli, həftədə 1-2 dəfə ilə kifayətlənməli, onlar yalnız közdə bişmiş 1-2 ədəd kartof yeyə bilərlər.


3.Oynaq iltihabı- artroz, revmatizması olanlar


Oynaqlarında iltihab olan xəstələr bildirir ki, badımcan, kartof, pomidor yedikdən sonra ağrıları artır.  Buna səbəb kartofda olan alkoloid tropandır ki, oynaqlar bu maddəyə həssasdır.

Artrit üzrə professor Norman bildirir ki, oynaqlarında həssaslıq olan insanlar əgər 10 il müddətində çox miqdar kartof yeyərsə, 10 il sonra artrit xəstəsi olur.


4.Allergiya


Daha çox uşaq və yeniyetmələrdə kartofa qarşı qida allergeni olur. Kartof yedikdə onlarda səpki, qaşınma, ağıl içinin şişməsi baş verir.


Köhnə və göyərmiş kartofdan uzaq


Kartofda çox zəhərli solanin var. Solanin toplandığı yerdə kartoşka yaşılı rəng alır. 

Belə kartofu yedikdə, orqanizm zəhərlənir, toksinləşir, əzələ və baş ağrısı başlayır. 

Kartofu gün altında saxlamayın, açıq havada günlərlə qalmış kartofu da almayın.


Ən yaxşı bişirilmə üsulu isə közdə, qrildə, manqalda qabıqlı kartof külləməsidir.

Onun qlikemik indeksi azdır, qabıqlarında olan faydalı maddələr də itmir.

 

 


Bu xəstələrə kartof olmaz, vəziyyəti pisləşdirir –  SİYAHI
Bu xəstələrə kartof olmaz, vəziyyəti pisləşdirir –  SİYAHI