Rusiyanın tibb ekspertləri tibbi bankalarla müalicənin hansı xəstəliklərdə tətbiq olunması, əksinə hansı xəstələrdə fəsad verəcəyi barədə açıqlama verib. Onlar bildirib ki, qədim Çin və Şərqdə tətbiq edilən bu metod yalnız düzgün istifadə edildikdə effekt verir.
Medicina.az xəbər verir ki, banka metodu ağciyərlərin artıq sağalmağa doğru gedən xəstəliklərindən, nevrit, miozit, radikulit, nevralgiya, yüngül, qızdırmasız zökəm halında göstərişdir.
Kimlərə qadağandır: yüksək təzyiq, hemofiliya, dəri xəstəlikləri, vərəm, onkoloji xəstəliklər, infarkt, insult olanlar, ürək çatışmazlığı olanlar, 38 dərəcədən yuxarı qızdırmada, 4 yaşından kiçik uşaqlara