Mədə-bağırsaq traktının problemləri ilə asanlıqla səhv salınan yumurtalıq xərçəngi qadınların ölümünə səbəb olan ən aktiv xərçəng növüdür.
“Medicina” xəbər verir ki, yumurtalıq xərçəngi (karsinoma) qadınlarda cinsi vəzilərin bədxassəli şişidir. Çox zaman menopauza dövründə olan qadınlarda aşkarlanır.
Yumurtalıq xərçənginin əsas təhlükəsi ondan ibarətdir ki, gec mərhələdə simptom göstərir. Buna görə də qadın aylar və hətta illər ərzində xəstəliyindən xəbərsiz ola bilər..
Yumurtalıq xərçənginin dörd mərhələsi var:
• FİGO I: Yumurtalıq ilə məhdudlaşan şiş;
• FIGO II: şiş çanaq nahiyəsinə yayılıb;
• FIGO III: qarın boşluğuna yayılıb;
• FIGO IV: Metastazlar qarın boşluğundan kənarda da əmələ gəlib (məsələn, ağciyərlərdə).
Əlbəttə ki, hər hansı bir xərçəng növü kimi, bu patologiyanın erkən mərhələlərdə "tutulması" lazımdır, belə ki, sabit bir remissiyaya və ya hətta tam müalicəyə nail olmaq olur.
Yumurtalıq xərçənginin ilkin mərhələlərində baş verə biləcək doqquz potensial simptom var.
- davamlı şişkinlik;
• toxluq hissi;
• ani iştahsızlıq;
• mədə ağrısı;
• səbəbsiz kilo itkisi;
• bağırsaq funksiyasında dəyişikliklər, ishal, qarın ağrısı
Bütün bu simptomlar mədə-bağırsaq traktının problemləri ilə səhv salına bilər. Əgər ishal, qarın ağrısından əziyyət çəkirsinizsə, o zaman qastroenteroloqa müraciət etməlisiniz ki, həkim bağırsaqları və mədəni yoxlasın.
Ancaq mütəxəssis öz profilindəki problemləri istisna edərsə, onda ginekoloqla məsləhətləşmək mütləq lazımdır.
Əgər menstruasiya dövründən kənar qanaxma, tez-tez sidiyə getmə istəyi və şiddətli yorğunluq varsa, xüsusilə diqqətli olmalısınız.
Günay Quliyeva