“Gərgin iş gününün sonunda yorğunluq hissi yaranır, bu, əslində vitamin çatışmazlığından qaynaqlana bilir. Hətta vitamin çatışmazlığı insanda bədən ağrılarına səbəb ola bilir”.
"Medicina" xəbər verir ki, bu barədə nazirliyin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.
"Vitamin çatışmazlığının simptomlarını hər kəs az-çox müşahidə edə bilsə də, həkim nəzarəti olmadan vitamin qəbulu düzgün deyil.
Bu simptomlar müxtəlif xəstəliklərin ilkin əlamətləri də ola bilər. Bunu isə insan özü müəyyən edə bilməz. A, D, E, B vitaminləri özbaşına qəbul edilə bilməz. Halsızlıq minimum 30 xəstəliyin simptomu ola bilər. Əgər dəqiq diaqnoz qoyulmadan insan hər hansı vitamin qəbuluna başlayırsa və orqanizmin bu vitaminə ehtiyacı yoxdursa, bu, özlüyündə intoksikasiyaya gətirib çıxara bilər”.
Aygün Musayeva