A vitaminli qida əlavələri gözlərində qlaukoma olan qadının görməsini 5 aya bərpa edib.
"Medicina" xəbər verir ki, 35 yaşlı Haiti sakini qadının görməsi getdikcə azaldığı üçün həkimlər ona qlaukoma diaqnozu qoyub.
Qadının gözlərində ağrılı quruluq, uçuşan nöqtələr var idi.
Bir çox problemlər yaşla bağlı normaldır, amma 35 yaşda eyni vaxtda bu qəfər problem gözlənilməzdir.
Qlaukoma görmə sinirinin zədələnməsidir. Qadında isə sinir zədələnməmişdi. Onda toyuq korluğu, qaranlıqda pis görmə idi.
Həkimlər qadına 18 ay dərmanlar təyin etsə də heç bir effekt vermirdi.
Ailə həkimi xəstədə A vitamini əskikliyindən şübhələnir.
A vitamini gözlər üçün fotoreseptorlardır. O, gözlərin selikli qişasının nəm qalması və hüceyrələrinin bölünməsi üçün vacibdir.
Cəmi 15 gün A vitamini qəbulundən sonra onun görməsi düzəlməyə başladı. 2 ay sonra isə görməsi tamam bərpa oldu.
Aygün Musayeva